Malinin şimalında silhalılar tərəfindən hərbçi öldürülüb


Dünya 12 Sen 2019 08:33:00 224 0

Malinin şimalında silhalılar tərəfindən hərbçi öldürülüb

Mali hökumətinin ordusunun ən azı bir üzvü öldürüldü, daha 7 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "France Presse" agentliyi bildirib.

Məlumata əsasən, ölkə ordusu Timbuktu bölgəsində silahlı yaraqlılar tərəfindən qurulmuş pusquya düşüblər.

Hücum zamanı silahlılar əldəqayırma partlayıcı qurğu və odlu silahdan istifadə ediblər.