Türkiyədə yol qəzasında 10dan çox insan yaralanıb


Dünya 12 Sen 2019 08:23:00 216 0

Türkiyədə yol qəzasında 10dan çox insan yaralanıb

Türkiyənin Muğla vilayətində bir sərnişin mikroavtobusu maşınla toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 14 nəfər yaralanıb. Hadisə Fəthiyə rayonunda baş verib.

Hadisə yerinə çox sayda təcili yardım, yanğınsöndürmə briqadası, polis və jandarma əməkdaşları gəlib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisənin istintaqı davam edir.