Putin Soçidə Netanyahu ilə görüşəcək


Dünya 12 Sen 2019 08:18:00 207 0

Putin Soçidə Netanyahu ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin sentyabrın 12-də Soçidə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparacaq.

Son.az Trend-ə istinadən bildirir ki, liderlər ikitərəfli əməkdaşlığın gələcək inkişafı məsələlərini nəzərdən keçirmək, eləcə də Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparmağını planlaşdırırlar.

Netanyahu bu il üçüncü dəfə Rusiyaya gəlir, o, Moskvaya fevral və aprel aylarında səfər edib.

İsrail baş nazirinin özü Rusiya dövlətinin başçısı ilə "hərbi qüvvələrin koordinasiyasını davam etməsini" müzakirə etmək istədiyini söyləyib.