Azərbaycan qarğıdalı ixracına başlayıb (ÖZƏL)


Digərləri 12 Sen 2019 07:45:00 240 0

Azərbaycan qarğıdalı ixracına başlayıb (ÖZƏL)

Azərbaycan Gürcüstana qarğıdalı ixracına başlayıb

Bakı. Samir Əli - Azərbaycan Gürcüstana qarğıdalı ixracına başlayıb. Bu barədə özəl olaraq Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər. Qeyd edilib ki, bu il ölkədə 32,9 min hektar qarğıdalı əkilib. Ötən illə müqayisədə bu il qarğıdalı əkini 4,1 faiz çox olub. İstehsal olunan məhsula gəlincə, 2018-ci ildə Azərbaycanda 247,9 min ton dən üçün qarğıdalı istehsal olunub. Ölkə üzrə orta məhsuldarlıq hektara 57,7 sentner olub. Məlumata görə, bu ilin 7 ayı ərzində isə 3 min hektar sahədən 14,4 min ton qarğıdalı yığılıb ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur. Yığım bu il hektara 47,9 sentner olub. Nazirlikdən daha sonra qeyd edilib ki, Azərbaycan artıq xaricə də qarğıdalı ixracına başlayıb. Belə ki, bu il ölkəmizdən Gürcüstana 0,9 ton qarğıdalı göndərilib. Gələcəkdə bu məhsulun ixrac coğrafiyasının genişlənməsi üçün münbit şərait var.