Böyük Britaniyada milyondan çox insan "Disney" qəhrəmanlarının adını daşıyır


Digərləri 11 Sen 2019 23:45:00 230 0

Böyük Britaniyada milyondan çox insan "Disney" qəhrəmanlarının adını daşıyır

Böyük Britaniyada milyondan çox insan "Disney" qəhrəmanlarının adını daşıyır.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Florida4Less" turizm şirkəti tərəfindən aparılan və "Mirror" səhifələrində dərc edilən tədqiqatda bildirilir.

Ən məşhur ad - Jasmindir. Bu, eyniadlı animasiya filminin qəhrəmanı Ələddinin rəfiqəsi və şahzadənin adıdır. Ardınca Reks adı gəlir, "Oyuncaqların tarixi" filmindən oyuncaq dinozavrın adıdır, üçüncü yerdə isə "Gözəl və Qulyabanı" filminin baş qəhrəmanı Bell adıdır.

Şirkət Cessi ("Oyuncaqların tarixi 2"), Minni (Mikki Mausun rəfiqəsi), Tiana ("Şahzadə və qurbağa"), Elza ("Soyuq ürək"), Vudi ("Oyuncaqların tarixi"), Ariel ("Su pərisi") və Nala ("Kral Aslan") adlarını da siyahıya daxil edib.

(adsgarden = window.adsgarden || []).push({});