Babasil xəstəliyi


Digərləri 11 Sen 2019 23:10:00 38 0

Babasil xəstəliyi

Babasil - insanlar arasında ən çox təsadüf edilən xəstəliklərdən biridir.

Hemorroy - düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsindən ibarətdir.

Son.az medicina.az-a istinadən bildirir ki, qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi (aşağıya doğru sürüşməsi) baş verir. Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq onların hətta anal dəlikdən xaricə çıxmasına, qanaxmaya, ağrıların və s. əlamətlərin yaranmasına səbəb olur. Bu halda xəstədə hemorroy xəstəliyinin olmasını qeyd etmək olar.

Babasil xəstəliyinin əvvəlində defekasiya aktının bir qədər çətinləşməsi, anal dəlik ətrafında qaşınma, düz bağırsağın son hissəsində yad cismin olması hissiyyatı kimi ilkin əlamətlər qeyd edilir. Daha sonra hemorroy xəstəliyinin əsas əlaməti olan - düz bağırsaqdan qanaxma başlayır. Qanaxma defekasiya aktı (nəcisin xaric edilməsi) zamanı baş verir. Bu zaman qan al-qırmızı rəngdə olub bəzi hallarda nəcis ifrazından sonra şırnaqla xaric olur, əksər hallarda isə xəstələr ilk dəfə olaraq alt paltarlarında və ya tualet kağızında qan izlərinin olmasını qeyd edirlər. Bəzi hallarda hemorroidal qanaxmalar güclü də ola bilər. Daha sonra hemorroidal düyünlər anal dəlikdən xaricə də çıxa bilər. Bəzi hallarda xəstələr düyünlərin xaricə çıxmasını hiss edərək öz barmaqları ilə onları geriyə-içəri salmalı olurlar. Daxili babasilin ciddi fəsadlarından biri düyünlərin boğulmasıdır. Bu zaman xaricə çıxmış düyünləri içəri salmaq mümkün olmur və arxa dəlikdə sıxılmaları nəticəsində onların boğulması baş verir.

Babasilin fəsadlarından biri hemorroidal düyünlərin trombozudur. Bu zaman düz bağırsağın daxilində çox güclü ağrı və orada yad cismin olması hissiyyatı yaranır.

Arxa dəlik ətrafında qanaxma və ağrı qeyd edildiyi ilk hallarda insanların yol verdiyi ən böyük səhv, onların həkimə gec müraciət etməsidir. Bir çox insanlarda belə bir səhv fikir formalaşmışdır ki, babasil qorxulu xəstəlik deyil. Yuxarıda bu xəstəlik zamanı baş verə bilən fəsadların bir hissəsinin qeyd edilməsi yəqin ki, bu firkin səhv olduğunu zənn etməyə imkan verir. Bundan başqa, yadda saxlamaq lazımdır ki, arxa dəlik ətrafında qanaxma və ağrı hissiyyatının qeyd edilməsi yalnız babasil deyil, ondan daha qorxulu olan (məsələn, düz bağırsaq xərçəngi) xəstəliklərin də əlaməti ola bilər.

Babasilin ilkin əlamətləri qeyd edilən kimi, xəstəliyin ağırlaşmasının qarşısını vaxtında almaq üçün tez bir zamanda həkimə müraciət etmək lazımdır. İlkin dövrlərdə onları medikamentoz yolla da müalicə etmək mümkündür. Gecikdirilmiş hallarda isə həkimlər cərrahi müdaxiləyə müraciət etməli olurlar.

Babasilin risk faktorları

-       xəstəliyə irsi meylliliyin olması;

-       bədən çəkisinin normadan artıq olması;

-       uzun müddət ərzində ayaq üstə və ya oturaq vəziyyətdə işləmək;

-       ağır əşyaların qaldırılması;

-       xroniki qəbizlik;

(adsgarden = window.adsgarden || []).push({});
Azərbaycan neftinin qiyməti dəyişib like
  • 11 Sen 23:05  
Digərləri Azərbaycan neftinin qiyməti dəyişib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti dəyişib like
  • 11 Sen 23:00  
Digərləri Azərbaycan neftinin qiyməti dəyişib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Məşhur film yenidən ekranlaşdırılacaq like
  • 11 Sen 23:00  
Digərləri Məşhur film yenidən ekranlaşdırılacaq

"Paramount Pictures" kinostudiyası rejissor Con Vunun "Sifətsiz

arrow Ətraflı
Valideynlərini öldürtmək üçün bank kartlarını oğurladı like
  • 11 Sen 22:49  
Digərləri Valideynlərini öldürtmək üçün bank kartlarını oğurladı

Amerikada yaşayan Alissa Hatçer valideynlərin bank kartını oğurladığı

arrow Ətraflı
Makron və Ruhani arasında telefon danışıqları keçirilib like
  • 11 Sen 22:44  
Dünya Makron və Ruhani arasında telefon danışıqları keçirilib

Bu gün İran və Fransa prezidentləri Həsən Ruhani və Emmanuel Makron Tehra

arrow Ətraflı
Makron və Ruhani arasında telefon danışıqları keçirilib like
  • 11 Sen 22:35  
Digərləri Makron və Ruhani arasında telefon danışıqları keçirilib

İran və Fransa prezidentləri Həsən Ruhani və Emmanuel Makron telefon danı

arrow Ətraflı
Avtomobilin vurduğu piyada xəstəxanada öldü like
  • 11 Sen 22:35  
Digərləri Avtomobilin vurduğu piyada xəstəxanada öldü

Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Ölkədə qızılgümüş yenə ucuzlaşdı like
  • 11 Sen 22:15  
Digərləri Ölkədə qızılgümüş yenə ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

arrow Ətraflı
Ölkədə qızıl-gümüş yenə ucuzlaşdı like
  • 11 Sen 22:06  
Digərləri Ölkədə qızıl-gümüş yenə ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb

arrow Ətraflı