Janna d`Ark rolunun 10 yaşlı ifaçısı fransız kinosunun fenomeni olub


Digərləri 11 Sen 2019 23:15:00 43 0

Janna d`Ark rolunun 10 yaşlı ifaçısı fransız kinosunun fenomeni olub

Janna d`Ark rolunun 10 yaşlı ifaçısı Liz Lyepla-Prudom fransız kinosunun fenomeni olub. Orta əsrlər Fransa həyatının xüsusiyyətləri və yaş fərqinə baxmayaraq, aktrisa bu obrazı özünəməxsus çalarlara və uğurla canlandırıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 10-da ekranlara çıxan "Janna" filminin rejissoru və ssenari müəllifi Bruno Dumon 10 yaşlı aktrisanı baş rola dəvət edib. Birinci Dünya müharibəsində həlak olmuş şair və dramaturq Şarl Peqinin pyesinin motivləri əsasında lentə alınan ikisaatlıq filmdə Yüzillik müharibə dövrünün dramatik hadisələri canlandırılıb. Baş rolun məktəbli qıza həvalə edilməsi barədə jurnalistlərin suallarını cavablandıran Dumon bildirib ki, burada təəccüblü heç nə yoxdur. Onun sözlərinə görə, "Orlean qızı"nın qəhrəmanlıq tarixçəsi haqqında lentə alınan onlarla tammetrajlı filmdə aktrisaların yaşı Janna d`Arka uyğun olmayıb. Belə ki, edam olunduğu zaman Fransanın milli qəhrəmanının cəmi 19 yaşı olub.

Məktəbli qız Liz isə Dumonun əvvəlcədən nəzərdə tutduğu aktrisanın çəkilişlərdə iştirak edə bilməməsi səbəbindən seçilib. İki il əvvəl - 8 yaşında "Jannet" adlı müzikldə ifa etdiyi rol ilə diqqətləri cəlb edən Liz, rejissorun fikrincə, Janna d`Ark rolunu ifa etməyə ən uyğun namizəd olub. Dumon bildirib ki, məktəbli aktrisa kino aləmi üçün sözün həqiqi mənasında bir kəşf olub. "Kino sınaqlarından sonra zirehli geyimdə olan bu qızcığazda qeyri-adi bir ruh olduğunu gördük. Bu, hər birimizin uzun müddət xatırlayacağı uşaqlıq illərinin unikal şəkildə canlandırılmasıdır", -deyə Dumon əlavə edib.

Liz kinopavilyondan kənarda özünün "Janna" adı ilə çağırılmasını xoşlamır. Əlavə edir ki, gələcək həyatını kinematoqrafla bağlamaq fikrində də deyil, onun meyil göstərdiyi sahə heyvanlar aləmidir. Məktəbli aktrisa atçılıq idmanı ilə məşğul olur və böyüyəndə atlara baxmaq istəyir.

(adsgarden = window.adsgarden || []).push({});
Azərbaycan neftinin qiyməti dəyişib like
  • 11 Sen 23:05  
Digərləri Azərbaycan neftinin qiyməti dəyişib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti dəyişib like
  • 11 Sen 23:00  
Digərləri Azərbaycan neftinin qiyməti dəyişib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Məşhur film yenidən ekranlaşdırılacaq like
  • 11 Sen 23:00  
Digərləri Məşhur film yenidən ekranlaşdırılacaq

"Paramount Pictures" kinostudiyası rejissor Con Vunun "Sifətsiz

arrow Ətraflı
Valideynlərini öldürtmək üçün bank kartlarını oğurladı like
  • 11 Sen 22:49  
Digərləri Valideynlərini öldürtmək üçün bank kartlarını oğurladı

Amerikada yaşayan Alissa Hatçer valideynlərin bank kartını oğurladığı

arrow Ətraflı
Makron və Ruhani arasında telefon danışıqları keçirilib like
  • 11 Sen 22:44  
Dünya Makron və Ruhani arasında telefon danışıqları keçirilib

Bu gün İran və Fransa prezidentləri Həsən Ruhani və Emmanuel Makron Tehra

arrow Ətraflı
Makron və Ruhani arasında telefon danışıqları keçirilib like
  • 11 Sen 22:35  
Digərləri Makron və Ruhani arasında telefon danışıqları keçirilib

İran və Fransa prezidentləri Həsən Ruhani və Emmanuel Makron telefon danı

arrow Ətraflı
Avtomobilin vurduğu piyada xəstəxanada öldü like
  • 11 Sen 22:35  
Digərləri Avtomobilin vurduğu piyada xəstəxanada öldü

Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Ölkədə qızılgümüş yenə ucuzlaşdı like
  • 11 Sen 22:15  
Digərləri Ölkədə qızılgümüş yenə ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

arrow Ətraflı