Azərbaycan neftinin qiyməti dəyişib


Digərləri 11 Sen 2019 23:05:00 216 0

Azərbaycan neftinin qiyməti dəyişib

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 10-da 67,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,41 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel çoxdur.