Əsəb və yuxusuzluq hipertonikləri öldürür ALİMLƏR


Digərləri 11 Sen 2019 22:40:00 285 0

Əsəb və yuxusuzluq hipertonikləri öldürür  ALİMLƏR

Almaniyanın Münhen Universitetinin alimləri aparılan elmi araşdırmanın nəticəsi olaraq elan ediblər ki, stress və yuxusuzluq yüksək təzyiq xəstəliyi olan hipertoniklərin ömrünü 3 dəfə azaldır və ürək-damar çatışmazlığı riskini dəfələrlə artırır.

Son.az medicina.az-a istinadən bildirir ki, son elmi tədqiqatda 30-65 yaş həddi arası 2000 insan iştirak edib. Onların hamsının yüksək arterial təzyiqi var idi,  lakin tədqiqatın başlanğıcında ağır şəkər, ürək-damar xəstəliyindən hələ əziyyət çəkmirdilər.

Alimlər onların əhvalını, stress səviyyəsini, yuxu rejimini izləyiblər.

Sonda gecələr az yatan, yuxu rejimi normal olmayan, gündəlik stresə məruz qalanların 5-7 il ərzində diabet, ürək-damar xəstəliklərində irəliləmələr qeydə alınmışdır.

Stress isə daha çox işlə, tapşırıqlara diqqətin yönəldilməsi ilə bağlı olmuşdur.  Lakin iş stresinə nisbətən yuxusuzluq daha təhlükəlidir. Yatmamaq orqanizmin resurslarını azaldır, vaxtından əvvəl ölümə səbəb olur. 

(adsgarden = window.adsgarden || []).push({});