İnsanlar robotlara qarşı:


Digərləri 11 Sen 2019 20:49:00 250 0

İnsanlar robotlara qarşı:

Avtomatlaşdırmanın dünya üzrə geniş vüsət aldığı bir vaxtda, alimlər həyəcan təbili çalırlar. Belə ki, bu proses nəticəsində müxtəlif peşə və vəzifələrdə insanların robotlarla əvəz olunacağı gözlənilir.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının apardığı son tədqiqatlar da belə bir nəticəyə gəlməyə əsas verir.

Tədqiqatlara əsasən, avtomatlaşdırma və rəqəmsallaşdırma nəticəsində Rusiya Federasiyası üzrə işçilərin 45,5 faizinin bilik və bacarıqlarına 2030-cu ilədək ehtiyac qalmayacaq.

Qeyd edilir ki, belə işçilər ya əmək bazarından çıxmalı, ya da yenidən təlim keçməli olacaqlar.

Tədqiqatın müəllifləri belə bir qənaətə gəliblər ki, 20,1 milyon insan "avtomatlaşdırma və rəqəmsallaşdırma riskləri" ilə üz-üzə qalacaqlar.

Ekspertlərin fikrincə, mehmanxana və restoran biznesində işin böyük bir hissəsini artıq robotlara tapşırmaq olar - bu sahədə əməkdaşların 73 faizi avtomatlaşdırmanın risklərinə məruz qalacaqlar. Bu siyahıya həmçinin emaletmə sənayesi (60 faiz), kənd və meşə təsərrüfatı (58 faiz), pərakəndə satış (53 faiz) və mədənçilik sənayesi (51 faiz) daxildir.

"Burada insanın avtomatlaşdırmaya məruz qalmasından (yəni robotla əvəz olunma mümkünlüyündən) danışmaq düzgün olardı. Lakin sənin avtomatlaşdırmaya məruz qalmağın o demək deyil ki, səni sabah əvəz edəcəklər", - tədqiqatın müəllifi, Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sahibkarlıq Problemləri Laboratoriyasının rəhbəri Stepan Zemtsov "İzvestiya" qəzeti ilə müsahibəsində deyib.

(adsgarden = window.adsgarden || []).push({});