Lalə Məmmədovadan Nəsiminin qəzəli ilə bağlı gözlənilməyən reaksiya


Şou-biznes 11 Sen 2019 19:59:00 286 0

Lalə Məmmədovadan Nəsiminin qəzəli ilə bağlı gözlənilməyən reaksiya

Ötən gün sosial mediada ən çox paylaşılan video Sami Yusufun İmadəddin Nəsiminin "Sığmazam" qəzəlinə etdiyi ifa olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, mahnı özü ilə birlikdə sosial şəbəkələrdə müzakirə də yaradıb. Müzakirələrə qoşulanlar arasında məşhurlarımız da yer alıb.

Onların çoxu Sami Yusufun videosunu paylaşaraq, qürurlandıqlarını bildiriblər.

Gözlənilməyən reaksiya isə Əməkdar artist Lalə Məmmədovadan gəlib. O, həmkarı, Əməkdar artist Tünzalə Ağayevanın Nəsiminin qəzəlinə bəstələdiyi mahnını paylaşaraq bu sözləri yazıb:

"Zənnimcə, Nəsimin qəzəlinə yazılmış ən gözəl əsərlərdən biri".