Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada öldü


Digərləri 11 Sen 2019 19:41:14 223 0

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Samir Əli - Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 10-da saat 20 radələrində Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində şəhər sakini A.Rüstəmov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Ədilə Quliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.