Bu ərazilərə yolu düşənlər, XƏBƏRDAR OLUN:


Digərləri 11 Sen 2019 19:14:00 45 0

Bu ərazilərə yolu düşənlər, XƏBƏRDAR OLUN:

Ağdaş rayonunun Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, həmçinin Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolların yenidən qurulması işləri yekunlaşdırılıb. Sözügedən avtomobil yollarının ümumi uzunluğu 60 km təşkil edir.

Agentlikdən Trend-ə bildirilib ki, Ağdaş rayonu Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun uzunluğu 33 km, Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun uzunluğu isə 27 km-dir. Hər iki avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub.

Avtomobil yolları uzun illər istismar olunduğundan və təmir olunmadığından torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüşdü. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Yenidənqurma çərçivəsində sadalanan problemlər aradan qaldırılıb.

Layihəyə uyğun olaraq yollar boyu köhnə örtüyün sökülməsi, deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yataqlarının inşası, daha sonra yol əsaslarının alt laylarının karxana çınqılı, üst laylarının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi, həmçinin yol çiyinlərinin bərkidilməsi işləri aparılıb.

Avtomobil yolları üzərində yerləşən süni qurğu və borulara gəldikdə isə müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşmüş, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranmış, istismar üçün yararsız vəziyyətə düşmüşdür. Bu üzdən yollar boyu istismara yararsız vəziyyətdə olan boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə ümumilkdə 1290 paqon-metr uzunluğunda müxtəlif diametrli yeni dəmir-beton boruların quraşdırılması işləri aparılıb, başlıqları dəmir-betonla inşa edilib.

Daha sonra yola 2 qat olmaqla, laylar arası əlaqələndirici bitum səpilməklə, yol örtüklərinin alt laylarının iri dənəli, üst laylarının isə xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılıb.

Misirdə avtobus körpüdən aşdı - 5 ölü like
  • 11 Sen 19:11  
Digərləri Misirdə avtobus körpüdən aşdı - 5 ölü

Misirin paytaxtı Qahirədə avtobus körpüdən aşıb

arrow Ətraflı
Filip Kirkorov Bakıda yeni solo konsertlə çıxış edəcək like
  • 11 Sen 19:05  
Digərləri Filip Kirkorov Bakıda yeni solo konsertlə çıxış edəcək

Filip Kirkorov Bakıda yeni solo konsert proqramı ilə çıxış edəcək.

arrow Ətraflı
“Cinsi əlaqə mənim üçün ikinci plandadır” like
  • 11 Sen 18:54  
Digərləri “Cinsi əlaqə mənim üçün ikinci plandadır”

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan illər öncə etdiyi etirafı il

arrow Ətraflı
Bu ölkədə hər 5 kişidən biri yaxın dostunun arvadı ilə like
  • 11 Sen 18:51  
Digərləri Bu ölkədə hər 5 kişidən biri yaxın dostunun arvadı ilə

Çoxlarınız bu məlumatları ilk dəfə eşidəcəksiniz.

arrow Ətraflı
Nərimanovda 6 otaqlı ev yandı like
  • 11 Sen 18:49  
Digərləri Nərimanovda 6 otaqlı ev yandı

Bakı şəhərinin Nərimanov rayonunda 6 otaqlı ev yanıb.

arrow Ətraflı
Çin texnologiyası əsasında becərilən pambığın bioloji məhsuldarlığı müəyyən edilib like
  • 11 Sen 18:48  
Digərləri Çin texnologiyası əsasında becərilən pambığın bioloji məhsuldarlığı müəyyən edilib

Qoza sayı, lif və çiyid çıxımı dəqiqliklə hesablanaraq təhlil olunub,

arrow Ətraflı
DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO) like
  • 11 Sen 18:41  
Digərləri DGK və “Huawei Tech. Azerbaijan” əməkdaşlığa dair niyyət protokolu imzalayıb (FOTO)

Dövlət Gömrük Komitəsi (DGK) və “Huawei Tech. Azerbaijan” MMC arasınd

arrow Ətraflı
Dünyada kişilər qadınlardan daha çox intihar edirlər like
  • 11 Sen 18:39  
Dünya Dünyada kişilər qadınlardan daha çox intihar edirlər

10 sentyabr Dünya İntiharların Qarşısını Alma günüdür. Statistikaya g

arrow Ətraflı
ADU və Ural Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO) like
  • 11 Sen 18:31  
Digərləri ADU və Ural Federal Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Bakı Biznes Mərkəzində Azərbaycan Dillər Universiteti (ADU) ilə Boris Yel

arrow Ətraflı
"Kak po maslu" komandasının anti vloqu işıq üzü gördü like
  • 11 Sen 18:29  
Digərləri "Kak po maslu" komandasının anti vloqu işıq üzü gördü

Tam əminliklə söyləmək olar ki, artıq Azərbaycanda özünə məxsus yumor

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 11 Sen 18:27  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Türkiyəli aktyor ikinci dəfə evləndi like
  • 11 Sen 18:24  
Digərləri Türkiyəli aktyor ikinci dəfə evləndi

"Çiçek Taksi", "Doktorlar", "Türk Malı" kimi m

arrow Ətraflı