Filip Kirkorov Bakıda yeni solo konsertlə çıxış edəcək


Digərləri 11 Sen 2019 19:05:22 232 0

Filip Kirkorov Bakıda yeni solo konsertlə çıxış edəcək

Filip Kirkorov Bakıda yeni solo konsert proqramı ilə çıxış edəcək.

Bakı. Bu payızda, 30 və 31 oktyabrda Rusiya şou-biznesinin kralı, Rusiyanın xalq artisti Filip Kirkorov Bakıda yeni solo konsert proqramı ilə çıxış edəcək. Yeni şounun özünəməxsus adı var “#Tsvet nastroyeniya. Я+R” (#Əhvalın rəngi. Я+R) Hər şey keçənilki “Tsvet nastroyeniya siniy” ("Əhvalın rəngi göydür") klipin çox dəbli postironiya janrına qəfil hücumundan başladı. Video çox baxımlı alındı: burada gənclərə zərif sataşma, nəcib yumor və qeyri-adi rollarda çıxış edən rusiyalı məşhurlardan ibarət ulduz yağışı mövcuddur. Təəccüblü deyil ki, video Youtube-da 60 milyondan çox baxış yığıb. Belə bir uğurun ardınca Kirkorov tamaşaçıları şok etməyə davam etdi — bu dəfə çoxdankı dostu Nikolay Baskovla birlikdə. Və yenə də alındı: həm klipdə, həm də bu klipə görə xalq qarşısındakı üzrhaqlığında. Klipin çəkilişində Sergey Şnurov, Qarik "Buldoq" Xarlamov, Valeri Leontyev, Andrey Malaxov iştirak ediblər.