"Kak po maslu" komandasının anti vloqu işıq üzü gördü


Digərləri 11 Sen 2019 18:29:00 270 0

"Kak po maslu" komandasının anti vloqu işıq üzü gördü

Tam əminliklə söyləmək olar ki, artıq Azərbaycanda özünə məxsus yumor hissi olan və ölkəmizi beynəlxalq arenada təmsil edə biləcək komanda var.

Son.az xəbər verir ki, "Kak po maslu" komandasının ilk iki çıxışı internetdə böyük marağa səbəb olmuşdu. Sosial şəbəkələrdəki repostlar və çox saylı rəylər komandanın həm Azərbaycan dilli, həm rus dilli tamaşaçı tərəfindən bəyənildiyinə sübütdur.

Komandanın kapitanı və Azərbaycan Gülüş Liqasının rəhbəri Cavid Şahbazbəyov anti vloqun yaranması və komandanın qarşıdan gələn çıxışları haqqında fikrini bildirib.

"Biz gərgin iş rejimində payız oyunlarına hazırlaşırıq. Komanda müsbət abu-havaya köklənib. Gördüyümüz işin Vətəndə müsbət rəy alması bizi çox sevindirir, gələcəkdədə tamaşıçalarımızın gözləntilərini qarşılamağa çalışacayıq. Biz hələ də öyrənmək mərhələsindəyik, MDBnin ən uğurlu yumoristik layihəsində ən peşəkar redaktorlarla çalışırıq, müəyyən bir səviyyəyə sadiq qalmaq və keçmiş uğurlarla yaşamamaq bizim üçün çox vacibdi.

Anti vloqa qaldıqda isə Azərbaycanda bizim komanda kimi gələcəkdə xaricdə oynamaq istəyən gənclərin çox olduğunu bilirik, vloqu çəkirik ki onlar təxmini olsada komandanın kulis arxası həyatını görə bilsinlər, bu eyni zamanda həm gülməli həm də çətindi. Düşünürəm ki neytral insanlar üçündə bu maraqlı ola bilər, komandanın uçuşları, məşqləri, gündəlik həyatı. Biz İzrail Liqasının yarım finalına hazırlaşırıq, hal hazırda ssenarimizi hazırlayırıq. Bunnan əlavə olaraq bizi Gülüş Liqasının ən prestijli yarışlarınnan biri olan "Qış Kuboku"na dəvət almışıq. Bu oyunu 1+1 telekanalında izləyə biləcəksiz. Qış kuboku komandamız üçün növbəti böyük sınaqdı, komandanın tərkibində  müəyyən dəyişiliklər baş verib və düşünürəm ki, bu dəyişiliklər güclü və stabil komandanın yaranmağına səbəb olacaq. Əsas məqsədimiz Azərbaycanı layiqincə təmsil etmək!"

(adsgarden = window.adsgarden || []).push({});