Baş prokuror Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb


Digərləri 11 Sen 2019 18:16:00 47 0

Baş prokuror Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Sentyabrın 11-də Baş prokuror Zakir Qaralov Avropa Şurasının İnsan hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktoratlığının rəhbəri Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakı. Sentyabrın 11-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktoratlığının rəhbəri Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan Baş prokuror Azərbaycanda Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verildiyini xüsusi vurğulayaraq müstəqillik əldə etdikdən sonra xalqımızın Ümumilli lideri Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən məqsədyönlü işlər barədə danışıb, o cümlədən Avropa Şurası ilə münasibətlərin tarixinə nəzər salıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla davam etdirildiyini bildirən Baş prokuror, müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsi sisteminin formalaşdırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 feval 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişikliklərin edilməsi, Məcəllədə indiyədək nəzərdə tutulmuş 18 növ cinayət əməlinin dekriminallaşdırılması, cinayət məsuliyyətinə alternativ olan tədbirlərin tətbiqi əsaslarının xeyli dərəcədə genişləndirilərək, 152 növ cinayətin sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması barədə məlumat verib, bu humanistləşdirmə tədbirlərinin bugünədək 10 minə yaxın şəxsə şamil olunduğunu bildirib. Həmin tədbirlərin davamı olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlərin görülməsi, cəzaların icrasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla elektron nəzarət vasitələrinin tətbiqi məqsədilə Ədliyyə Nazirliyində Probasiya Xidmətinin yaradıldığı qeyd edilib. Bundan başqa, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davamı olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanı barədə məlumat verən Baş prokuror, ölkə məhkəmələrinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, elektron xidmətlərin göstərilməsi, hakimlərinin sayının artırılması və sosial müdafiəsinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyəti subyektlərinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, eləcə də cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi istiqamətində həmin Fərmanla verilmiş tövsiyə və tapşırıqlar barədə danışıb. Baş prokuror qeyd edib ki, həmin tövsiyə və tapşırıqların icrası ilə əlaqədar Ədliyyə Nazirliyi, Ali Məhkəmə və Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə 400-ə yaxın dəyişkiliyin edilməsi haqqında Qanun layihələri hazırlanıb. Görüş zamanı xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20 faiz ərazisinin erməni işğalı altında olması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarından didərgin düşməsini qeyd edən Baş prokuror, işğala məruz qalmış ərazilərimizdə yaradılan qondarma “məhkəmələr” tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz doğma torpağında casus adı ilə həbs edilərək əsirlikdə saxlanılmasının insan hüquqlarının pozuntusunun bariz nümunəsi olmasını qonağın diqqətinə çatdırıb.
Bakıda bağban 70 yaşlı arvadına “gözü düşən” ev sahibini baltaladı like
  • 11 Sen 18:11  
Kriminal Bakıda bağban 70 yaşlı arvadına “gözü düşən” ev sahibini baltaladı

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətm

arrow Ətraflı
Elmi müəssisələr akkreditasiyadan keçiriləcək like
  • 11 Sen 18:09  
Digərləri Elmi müəssisələr akkreditasiyadan keçiriləcək

"Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının iştirakı ilə ölkə

arrow Ətraflı
Son döyüşü azərbaycanlı ilə olan MMA idmançısı öldürüldü like
  • 11 Sen 18:07  
Dünya Son döyüşü azərbaycanlı ilə olan MMA idmançısı öldürüldü

Özbəkistanın paytaxtı Daşkəndin Şayxantaxursk rayonunda MMA döyüşçüs

arrow Ətraflı
Altay Həsənov: Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına tam hazırdır like
  • 11 Sen 18:04  
Digərləri Altay Həsənov: Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına tam hazırdır

Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına tam hazırdır.

arrow Ətraflı
Bal yarmarkasına çıxarılacaq məhsulların keyfiyyətinə nəzarət ediləcək like
  • 11 Sen 18:01  
Digərləri Bal yarmarkasına çıxarılacaq məhsulların keyfiyyətinə nəzarət ediləcək

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 28 sentyabr-18 oktyabr tarixlərində ke

arrow Ətraflı
Sumqayıtda qadını maşın vurdu like
  • 11 Sen 17:59  
Digərləri Sumqayıtda qadını maşın vurdu

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası ba

arrow Ətraflı
BDU ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb like
  • 11 Sen 17:57  
Digərləri BDU ilə Ural Federal Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan-Rusiya nümayəndə heyətlərinin işgüzar görüşü olub.

arrow Ətraflı
Azərbaycanlı aparıcıdan İLGİNC ADDIM like
  • 11 Sen 17:57  
Şou-biznes Azərbaycanlı aparıcıdan İLGİNC ADDIM

Radio aparıcısı Kazım Sübhan ilginc addımı ilə diqqət çəkib.

arrow Ətraflı
AzTVnin qəzaya düşən işçilərindən yazdı  “Narkoman, az sonra qatil edəcəklər” like
  • 11 Sen 17:51  
Şou-biznes AzTVnin qəzaya düşən işçilərindən yazdı “Narkoman, az sonra qatil edəcəklər”

AzTV-nin bədii rəhbəri Ranar Musayev ötən gün qəzaya düşən kanal əmə

arrow Ətraflı
Sakit okeanın suları təhlükəli səviyyəyə qədər istiləşib like
  • 11 Sen 17:49  
Digərləri Sakit okeanın suları təhlükəli səviyyəyə qədər istiləşib

"Sakit okean sularının istilik dalğası-2019": alimlər aşkar edil

arrow Ətraflı
Sosial şəbəkədən çox istifadə edənlər üçün “Nar”dan əla fürsət like
  • 11 Sen 17:47  
Digərləri Sosial şəbəkədən çox istifadə edənlər üçün “Nar”dan əla fürsət

İnternet və sosial şəbəkədən çox istifadə edənlər üçün ən sərfə

arrow Ətraflı