Elmi müəssisələr akkreditasiyadan keçiriləcək


Digərləri 11 Sen 2019 18:09:00 182 0

Elmi müəssisələr akkreditasiyadan keçiriləcək

"Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının iştirakı ilə ölkəmizdə fəaliyyət göstərən elmi müəssisələrin akkreditasiyası haqqında əsasnamənin layihəsi hazırlanır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə ötən il Nazirlər Kabinetinin qərarı ilə yaradılan Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə elmi istiqamətlər üzrə elmi şuraların yaradıldığını və onların sədrlərinin təyin edildiyini nəzərə çatdırıb.

Alim bundan sonra elmi şuraların 40-a yaxın yeni elmi istiqamətdə fəaliyyət göstərəcəyini deyərək, bu istiqamətlər üzrə daha səmərəli nəticələrin əldə edilməsi məqsədilə elmi şuralara müəyyən tapşırıqlar verib.

AMEA rəhbəri elmi mövzuların, aktual elmi problemlərin müvafiq istiqamətdə fəaliyyət göstərən elmi şuralarda müzakirə olunmasının vacibliyini qeyd edib:

(adsgarden = window.adsgarden || []).push({});