UNEC rektoru canlı yayımda valideynlərin suallarını cavablandıracaq


Digərləri 11 Sen 2019 17:41:00 270 0

UNEC rektoru canlı yayımda valideynlərin suallarını cavablandıracaq

UNEC-in rektoru, professor Ədalət Muradov I kursa qəbul olan tələbələrin valideynləri ilə canlı yayıma qoşulacaq.

Bakı. UNEC-in rektoru, professor Ədalət Muradov I kursa qəbul olan tələbələrin valideynləri ilə canlı yayıma qoşulacaq. Universitetdən Trend-ə verilən məlumata görə, rektor canlı yayımda valideynlərin UNEC-dəki tədrisin keyfiyyəti, dərslərin təşkili, tələbələrin savadlı mütəxəssis kimi yetişmələri və uğurlu inkişafı uçun yaradılan imkanlar barədə suallarını cavablandıracaq, təkliflərini dinləyəcək. Canlı yayım sentyabrın 14-də saat 11:00-da UNEC-in rəsmi Facebook (https://www.facebook.com/uneceduaz/) və İnstagram (https://www.instagram.com/uneceduaz/?hl=tr) səhifələri üzərindən təşkil olunacaq. Valideynlər sual və təkliflərini canlı yayım zamanı Facebook və İnstagram səhifələrinin rəy bölməsinə yaza bilərlər.