Kişi arvadı ilə birləşib sevgilisinin başına oyun açdı


Kriminal 11 Sen 2019 17:34:00 50 0

Kişi arvadı ilə birləşib sevgilisinin başına oyun açdı

Masallı rayon polis şöbəsində dava salmaqda ittiham olunan 1976-cı il təvəllüdlü Asudə Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Asudə Allahverdiyeva və onun keçmiş əri Elçin Fətəliyevin oğurluq və dələduzluq etmələri ilə bağlı Masallı rayon polis şöbəsinə şikayət daxil olub.

Şikayəti Elçin Fətəliyevin qeyri-rəsmi yaşadığı Bənövşə Əliyeva edib.

Hadisə baş verən günü Asudə Allahverdiyeva və Bənövşə Əliyeva Masallı rayon polis şöbəsinə dəvət olunublar. Bundan əvvəl isə Elçin Fətəliyev oğurluq və dələduzluq əməlinə görə həbs edilib.

İstintaq sənədlərinə görə, Asudə Allahverdiyeva 28 fevral 2019-cu il tarixdə saat 11.30-da Masallı rayon polis şöbəsinin inzibati binasının 3-cü mərtəbəsinin dəhlizində dava salıb.

Asudə Allahverdiyeva istintaq hərəkəti keçirildikdən sonra mübahisə zamanı Bənövşə Əliyevaya hücum edib. O, Bənövşə Əliyevaya xəsarət yetirib.

"Mənimlə əlaqəmi kəsdi"

İstintaq orqanı Asudə Allahverdiyeva barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edib.

Asudə Allahverdiyeva elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, Bənövşə Əliyevanı təxminən 10 il əvvəl Masallı rayonunda keçirilən toy məclisində tanıyıb: "Keçmiş ərim Elçin Fətəliyev ilə rəsmi nikah münasibətində olmasam da, onunla bu nikahdan üç övladım olub. Sonradan Elçin Fətəliyev Bənövşə Əliyeva ilə qeyri-rəsmi nikah münasibətində yaşayaraq mənimlə əlaqəsini kəsdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan Bənövşə Əliyeva Elçindən şikayət edib: "Bu səbəbdən Elçin Fətəliyev barəsində dələduzluqla bağlı cinayət işi başlandı və həmin işdə Bənövşə məndən də şikayət etmişdi. Fevralın 28-də Masallı rayon polis şöbəsinin istintaq bölməsinə gəldim. Orada Bənövşə Əliyevanın həqiqətən məni tanıyıb-tanımadığını sübuta yetirmək üçün tanınma istintaq hərəkəti aparılırdı.

Şöbənin inzibati binasının 3-cü mərtəbəsində tanınma istintaq hərəkəti başa çatdıqdan sonra Bənövşə Əliyevanın təxminən 15 ilə yaxındır keçmiş ərim Elçin Fətəliyevlə qeyri-rəsmi nikah münasibətində yaşamasını və mənə böhtan atdığını düşündüm. Bu səbəbdən onun hərəkətlərindən əsəbiləşdim. Qəflətən Bənövşə Əliyevanın üzərinə hücum edib saçlarını yoldum".

Asudə Allahverdiyevanın sözlərinə görə, Bənövşənin ona tərəf uzatdığı barmağından tutaraq əks istiqamətə burub: "Bundan sonra polis əməkdaşları bizi ayırdı, şöbənin iş rejimini pozduğumuzu bildirdilər. Əməlimdən səmimi peşmanam, zərərçəkmiş şəxslə barışmağa cəhd etsəm də, o, barışmadı".

"Evimdən qızıl oğurlanıb"

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxs saxlanıldı like
  • 11 Sen 17:29  
Kriminal Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxs saxlanıldı

Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan şəxs saxlanılıb.

arrow Ətraflı
Lənkəranda zəlzələ olub like
  • 11 Sen 17:27  
Digərləri Lənkəranda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub.

arrow Ətraflı
Kinoya bağlı ömür...  FOTO like
  • 11 Sen 17:25  
Kriminal Kinoya bağlı ömür... FOTO

Bu gün Xalq artisti Muxtar Dadaşovun anadan olmasından 106 il ötür

arrow Ətraflı
Piylərini çıxartdıran aparıcı Könülün əməliyyatdan sonra like
  • 11 Sen 17:24  
Şou-biznes Piylərini çıxartdıran aparıcı Könülün əməliyyatdan sonra

Aparıcı-aktrisa Könül Yusif qızının ötən gün paytaxın özəl klinikal

arrow Ətraflı
Bu şəhər və rayonlarda peşə təmayüllü siniflər yaradılacaq like
  • 11 Sen 17:23  
Digərləri Bu şəhər və rayonlarda peşə təmayüllü siniflər yaradılacaq

20 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılacaq.

arrow Ətraflı
Sentyabrın 12-nə manatın məzənnəsi like
  • 11 Sen 17:16  
Digərləri Sentyabrın 12-nə manatın məzənnəsi

Sentyabrın 12-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
65 il evli olan Ahmet və Həbibə eyni gündə vəfat ediblər like
  • 11 Sen 17:15  
Digərləri 65 il evli olan Ahmet və Həbibə eyni gündə vəfat ediblər

Türkiyənin Amasya şəhərində 65 il evli olan cütlük eyni gündə vəfat e

arrow Ətraflı
Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib? like
  • 11 Sen 17:13  
Digərləri Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib?

Azərbaycanda yanvar-avqust ayları ərzində 137 nəfər dəm qazından zəhər

arrow Ətraflı
Rəqəmsal reklam qurğuları Azərbaycanda istehsal olunacaq (FOTO) like
  • 11 Sen 17:09  
Digərləri Rəqəmsal reklam qurğuları Azərbaycanda istehsal olunacaq (FOTO)

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) direktoru Aydın İbadovun baş

arrow Ətraflı
Oqtay Əsədov: "Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq" like
  • 11 Sen 17:09  
Siyasət Oqtay Əsədov: "Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq"

Sentyabrın 11-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərd

arrow Ətraflı
Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib? (ÖZƏL) like
  • 11 Sen 17:01  
Digərləri Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib? (ÖZƏL)

Azərbaycanda yanvar-avqust ayları ərzində 137 nəfər dəm qazından zəhər

arrow Ətraflı
“iPhone”nun yeni modelləri lağa qoyuldu like
  • 11 Sen 16:57  
Digərləri “iPhone”nun yeni modelləri lağa qoyuldu

Ötən gücə "Apple"ın yeni "iPhone" modelləri təqdim ed

arrow Ətraflı