Vüqar Rəhimzadə: "Paşinyanın hakimiyyət hərisliyi və acgözlüyü Ermənistanı növbəti dəfə siyasi kollapsla qarşılaşdırıb"


Siyasət 11 Sen 2019 17:27:00 47 0

Vüqar Rəhimzadə: "Paşinyanın hakimiyyət hərisliyi və acgözlüyü Ermənistanı növbəti dəfə siyasi kollapsla qarşılaşdırıb"

"Ermənistan çox ciddi iqtisadi və siyasi böhranla üz-üzədir. Nikol Paşinyanın hakimiyyət hərisliyi və acgözlüyü Ermənistanı növbəti dəfə siyasi kollapsla qarşılaşdırıb. Buna səbəb isə "Amulsar" qızıl mədəninin "Lydian Armenia" şirkəti tərəfindən işlədilməsi ilə bağlı davam edən proseslərin Ermənistan hökuməti ilə xalq arasında fikir ayrılığının yaranmasıdır".

Son.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, "Amulsar" qızıl mədəni ətrafında yaranmış siyasi xaos və Ermənistan hökumətinin düşdüyü isterik durum Nikol Paşinyanın ictimai nüfuzuna çox ciddi mənfi təsir göstərməkdədir: "Ümumiyyətlə, bu layihənin icrası Ermənistanda Rusiya biznesinin tam sıxışdırılaraq Qərb kapitalına üstünlük verilməsi deməkdir. Bu mənada Nikol Paşinyan da layihəyə neqativ yanaşan xalqın qarşısında aciz qalıb. Çünki layihə baş tutmayacağı təqdirdə baş nazir Qərbin dəstək və etimadını itirəcək, nəticə etibarilə Ermənistanın investisiya mühiti pisləşəcək və etibarsız tərəfdaş imici formalaşacaq". "Müşahidələrimiz onu göstərir ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya kapitalını sıxışdırmaq üçün addımlar atılıb" deyən Vüqar Rəhimzadə əlavə edib ki, Paşinyan antirusiya fəaliyyətini əsaslandırmaq üçün "Amulsar" ətrafında manipulyasiya edir. Guya "Amulsar"ın fəaliyyətə başlaması işsizliyin azalmasına şərait yaradacaq, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək. Lakin bunun ağ yalan olduğunu həm cəmiyyət, həm müxalifət, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələri vurğulayırlar. Həmçinin müxalif qruplar qızıl mədəninin fəaliyyətə başlamasının ətraf mühitə və su təchizatına ciddi dərəcədə zərər vuracağı qənaətindədir". Vüqar Rəhimzadə vurğulayıb ki, "Lydian International" Qərb kapitallı bir şirkətdir və Nikol Paşinyan da bu şirkətə Ermənistanda işləməyə icazə verməklə hakimiyyətini gücləndirmək, Rusiyadan asılılığı azaltmaq üçün Böyük Britaniyaya, ABŞ-a yarınmaq niyyətindədir: "Lakin Paşinyanın hesablaya bilmədiyi bir məqam var idi, o da erməni xalqının rəyidir. Paşinyan öz aləmində siyasi manevr etməyə çalışsa da, odla-su arasında qalıb. Bir tərəfdən, Ermənistan ictimaiyyəti, digər tərəfdən, Rusiya faktoru Paşinyanı çıxılmaz duruma salıb. Hətta, bu ilin əvvəlində Böyük Britaniya qeydiyyatlı "Lydian International" şirkətinin hökuməti beynəlxalq məhkəmədə 2 milyard dollarlıq iddia qaldıracağı ilə hədələməsi, sonda hökumətin şirkətin lehinə qərar verməsi vəziyyəti daha da gərginləşdirib. Bəlkə də elə bu səbəbdəndir ki, Paşinyan vəziyyətdən çıxış yolunu Vaşinqtonda axtarmaqdadır. Ona görə də sentyabr ayında Paşinyanın Vaşinqtona gözlənilən səfərində "Amulsar" qızıl mədəni ilə bağlı məsələnin ABŞ-Ermənistan münasibətləri kontekstində gündəm mövzusu olacağı haqda mətbuatda məlumatlar yayılmaqdadır. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mil mediaya açıqlamasında Paşinyan hökumətinin "Lydian" şirkətinin lisenziyasını ləğv edəcəyi halda bunun ABŞ-Ermənistan münasibətlərinə xələl gətirəcəyini və xarici investorları qorxudacağını bildirməsi nə dərəcədə ciddi olmasının göstəricisi sayıla bilər". "İki sahil" qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, "Amulsar" qızıl mədəni ətrafında baş verənlər bu gün Nikol Paşinyan iqtidarı üçün çox ciddi problemə çevrilib: "Çünki mədənlə bağlı hökumətin qeyri-adekvat reaksiyası müxalifət partiyaları tərəfindən tənqid edilməkdədir. Hətta, "Daşnaksütyun" partiyası xalqın istəyinin təmin edilməsi məqsədi ilə referendumun keçirilməsi barədə çağırış edib. Bu kontekstdə layihənin parlamentdə səsə qoyulması, ölkənin ən böyük partiyası olan hakim "Mənim Addımım" Alyansı daxilində parçalanmaya səbəb olması gözləniləndir. Eyni zamanda, müxalif "Çiçəklənən Ermənistan" partiyası da ictimai konsensusa əsaslanaraq qərar verilməsinin vacib olduğunu vurğulayıb və aksiyaçılara qoşulan partiyanın lideri Naira Zöhrabyan əhalinin etirazı olacağı təqdirdə "Amulsar" qızıl mədənində aparılacaq fəaliyyətə qarşı çıxacaqlarını söyləyib. Parlamentin digər qrupu olan "İşıqlı Ermənistan" partiyası isə digərlərindən fərqli olaraq radikal davranmayıb və əhalinin narahatlığını bölüşüb. Radikal "Sasna Tser" partiyasının nümayəndəsi Qaregin Çüqaszyan isə bir neçə gün öncə Nikol Paşinyanla görüşündə "Amulsar" layihəsi ilə bağlı atılacaq hər hansı bir səhv addımın onun siyasi karyerasına son qoyacağını açıq şəkildə bildirib. Bütün bu siyasi diskussiyalar və addımlar onu göstərir ki, Ermənistan növbəti, əgər belə demək mümkündürsə, daha dərin siyasi böhran ərəfəsindədir". Vüqar Rəhimzadə söyləyib ki, onsuz da Rusiya ilə siyasi münasibətləri gərgin olan Ermənistanın durumu Paşinyanın verəcəyi qərardan asılı olacaq. İstənilən halda Paşinyan Ermənistanı ya siyasi, ya da sosial-iqtisadi böhrana salacaq.

Kinoya bağlı ömür...  FOTO like
  • 11 Sen 17:25  
Kriminal Kinoya bağlı ömür... FOTO

Bu gün Xalq artisti Muxtar Dadaşovun anadan olmasından 106 il ötür

arrow Ətraflı
Piylərini çıxartdıran aparıcı Könülün əməliyyatdan sonra like
  • 11 Sen 17:24  
Şou-biznes Piylərini çıxartdıran aparıcı Könülün əməliyyatdan sonra

Aparıcı-aktrisa Könül Yusif qızının ötən gün paytaxın özəl klinikal

arrow Ətraflı
Bu şəhər və rayonlarda peşə təmayüllü siniflər yaradılacaq like
  • 11 Sen 17:23  
Digərləri Bu şəhər və rayonlarda peşə təmayüllü siniflər yaradılacaq

20 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılacaq.

arrow Ətraflı
Sentyabrın 12-nə manatın məzənnəsi like
  • 11 Sen 17:16  
Digərləri Sentyabrın 12-nə manatın məzənnəsi

Sentyabrın 12-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
65 il evli olan Ahmet və Həbibə eyni gündə vəfat ediblər like
  • 11 Sen 17:15  
Digərləri 65 il evli olan Ahmet və Həbibə eyni gündə vəfat ediblər

Türkiyənin Amasya şəhərində 65 il evli olan cütlük eyni gündə vəfat e

arrow Ətraflı
Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib? like
  • 11 Sen 17:13  
Digərləri Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib?

Azərbaycanda yanvar-avqust ayları ərzində 137 nəfər dəm qazından zəhər

arrow Ətraflı
Rəqəmsal reklam qurğuları Azərbaycanda istehsal olunacaq (FOTO) like
  • 11 Sen 17:09  
Digərləri Rəqəmsal reklam qurğuları Azərbaycanda istehsal olunacaq (FOTO)

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) direktoru Aydın İbadovun baş

arrow Ətraflı
Oqtay Əsədov: "Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq" like
  • 11 Sen 17:09  
Siyasət Oqtay Əsədov: "Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq"

Sentyabrın 11-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərd

arrow Ətraflı
Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib? (ÖZƏL) like
  • 11 Sen 17:01  
Digərləri Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib? (ÖZƏL)

Azərbaycanda yanvar-avqust ayları ərzində 137 nəfər dəm qazından zəhər

arrow Ətraflı
“iPhone”nun yeni modelləri lağa qoyuldu like
  • 11 Sen 16:57  
Digərləri “iPhone”nun yeni modelləri lağa qoyuldu

Ötən gücə "Apple"ın yeni "iPhone" modelləri təqdim ed

arrow Ətraflı
Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilib like
  • 11 Sen 16:55  
Digərləri Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilib

Sentyabrın 11-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya il

arrow Ətraflı
Şvartsenegger: "Tramp özünü mənə bənzətməyə çalışır" like
  • 11 Sen 16:53  
Dünya Şvartsenegger: "Tramp özünü mənə bənzətməyə çalışır"

Məşhur Hollivud ulduzu Arnold Şvartsenegger ABŞ prezidenti Donald Trampın q

arrow Ətraflı
Medvedev: Öz pendirimiz də pis deyil like
  • 11 Sen 16:49  
Digərləri Medvedev: Öz pendirimiz də pis deyil

Rusiya artıq pendir istehsalına başlayıb

arrow Ətraflı