Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib?


Digərləri 11 Sen 2019 17:13:00 262 0

Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib?

Azərbaycanda yanvar-avqust ayları ərzində 137 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib.

Son.az xəbər verir ki, bunu Trend-ə KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dəm qazından zəhərlənənlərin 6-sı uşaq olub.

Ümumilikdə bu ilin ilk 8 ayı ərzində 71 nəfər ilan, 14 nəfər əqrəb, 6 nəfər qara qurd sancması, 23 nəfər isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bu il 1 nəfər sirkə turşusundan zəhərlənərək ölüb. Sirkə turşusundan zəhərlənmə istisna olmaqla, il ərzində zəhərlənməyə məruz qalanlar arasında ölüm halı baş verməyib.