Şvartsenegger: "Tramp özünü mənə bənzətməyə çalışır"


Dünya 11 Sen 2019 16:53:00 227 0

Şvartsenegger: "Tramp özünü mənə bənzətməyə çalışır"

Məşhur Hollivud ulduzu Arnold Şvartsenegger ABŞ prezidenti Donald Trampın qəlbinin dərinliklərində özünü ona bənzətməyə çalışdığını iddia edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, aktyor bu fikrini yerli jurnalların birinə müsahibəsi zamanı səsləndirib.

"Nə üçün D.Tramp sosial şəbəkələrdə daim sizə söz atır" sualına cavab olaraq aktyor deyib: "Düşünürəm ki, o, məni sevir. Yoxsa o, daim sosial şəbəkələrdə nə üçün mənə söz atır?"

Daha sonra isə 72 yaşlı aktyor əlavə edib: "İşin əsli budur ki, o, mən olmaq istəyir".

(adsgarden = window.adsgarden || []).push({});