Filmdə Nazarbayev rolunu oynayan aktyor Qazaxıstan parlamentinin deputatı olub


Dünya 11 Sen 2019 17:02:00 254 0

Filmdə Nazarbayev rolunu oynayan aktyor Qazaxıstan parlamentinin deputatı olub

Qazaxıstanın əməkdar mədəniyyət xadimi, aktyor, müğənni, bəstəkar və televiziya aparıcısı Nurlan Alimjanov sentyabrın 11-də Məclisin (parlamentin aşağı palatası) deputatı kimi and içib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının qərarına əsasən Nurlan Alimjanov partiya siyahısı üzrə parlamentin deputatı olub.

"Nur Otan" partiyasının üzvü olan aktyor "Liderin yolu" (2013) filmində Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin rolunu oynadıqdan sonra məşhurluq qazanıb.

Otuz beş yaşlı Alimjanov Məclisin sosial-mədəni inkişaf üzrə daimi komitəsinin tərkibinə seçilib. Ona partiya siyahısı üzrə deputat mandatının verilməsi barədə qərar avqustda "Nur Otan" partiyasının siyasi bürosunun iclasında qəbul edilmişdi.