Oqtay Əsədov: "Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq"


Siyasət 11 Sen 2019 17:09:00 68 0

Oqtay Əsədov: "Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq"

Sentyabrın 11-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, sədr qonağı salamlayaraq bu səfərin ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəyinə inamını ifadə edib. O.Əsədov bildirib ki, Azərbaycan AŞPA ilə hərtərəfli əlaqələrin dərinləşməsinə böyük önəm verir.

Milli Məclisin sədri vurğulayıb ki, 2001-ci ilin yanvarından Avropa Şurasına tamhüquqlu üzv olan Azərbaycan hüquqi, demokratik dövlət quruculuğu prosesində Avropa Şurası və onun qurumlarının dəstəyini hiss etdi:

"Qarşılıqlı əməkdaşlıq istiqamətində ötən dövr ərzində xeyli işlər görülüb. Təəssüf ki, bəzən müəyyən anlaşılmazlıq və ermənilərin məqsədlərinə xidmət edən lobbiçilik fəaliyyəti göstərən bir sıra deputatların qərəzli hərəkətləri ucbatından qurumda bir sıra məsələlərə "ikili standartlarla" yanaşmanın şahidi oluruq. Biz inanırıq ki, gələcəkdə belə xoşagəlməz hallar aradan qalxacaq, müzakirə doğura biləcək məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün normal şərait yaranacaqdır".

O.Əsədov əlavə edib ki, ölkəmizdə bütün istiqamətlər üzrə islahatlar uğurla davam etdirilir: "Azərbaycanda Avropa hüquq sisteminin təməl prinsiplərini özündə əks etdirən qanunvericilik bazası formalaşdırılıb. Ölkədə imzalanmış 65 əfv sərəncamına və 11 amnistiya aktına uyğun olaraq 40 min nəfər məhkum cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmışdır. Azərbaycan Prezidentinin cari ilin martında imzaladığı əfv fərmanı 431 nəfərə şamil olunub.

Ölkəmizdə etnik və dini tolerantlıq hökm sürməkdədir. Məscidlər, kisələr, sinaqoqlar dinc fəaliyyət göstərir. Biz gələcəkdə də AŞPA, o cümlədən bütün beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndərilməsində maraqlıyıq".

Səmimi qəbul üçün minnətdarlığını bildirən AŞPA prezidenti xanım Lilian Mori Paskie təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. O bildirib ki, azərbaycanlı deputatlar təşkilatın struktur qurumlarında və keçirilən tədbirlərdə daim fəal iştirak edir, müzakirə olunan məsələlərə öz münasibətlərini bildirir, maraq doğuran əhəmiyyətli təkliflərlə çıxış edirlər.

Qonaq AŞPA-nın xətti ilə ölkəmizə səfər edən təşkilat nümayəndələrinə yaradılan şəraitə görə Milli Məclisin rəhbərliyinə öz təşəkkürünü bildirib.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin başçısı Səməd Seyidov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib? (ÖZƏL) like
  • 11 Sen 17:01  
Digərləri Bu il Azərbaycanda insanlar daha çox nədən zəhərlənib? (ÖZƏL)

Azərbaycanda yanvar-avqust ayları ərzində 137 nəfər dəm qazından zəhər

arrow Ətraflı
“iPhone”nun yeni modelləri lağa qoyuldu like
  • 11 Sen 16:57  
Digərləri “iPhone”nun yeni modelləri lağa qoyuldu

Ötən gücə "Apple"ın yeni "iPhone" modelləri təqdim ed

arrow Ətraflı
Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilib like
  • 11 Sen 16:55  
Digərləri Milli Məclisin payız sessiyasının ilk komitə iclası keçirilib

Sentyabrın 11-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya il

arrow Ətraflı
Şvartsenegger: "Tramp özünü mənə bənzətməyə çalışır" like
  • 11 Sen 16:53  
Dünya Şvartsenegger: "Tramp özünü mənə bənzətməyə çalışır"

Məşhur Hollivud ulduzu Arnold Şvartsenegger ABŞ prezidenti Donald Trampın q

arrow Ətraflı
Medvedev: Öz pendirimiz də pis deyil like
  • 11 Sen 16:49  
Digərləri Medvedev: Öz pendirimiz də pis deyil

Rusiya artıq pendir istehsalına başlayıb

arrow Ətraflı
Sumqayıtda 5 nəfərin ölümünə səbəb olan sürücüyə like
  • 11 Sen 16:48  
Kriminal Sumqayıtda 5 nəfərin ölümünə səbəb olan sürücüyə

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirlənd

arrow Ətraflı
Tramp bayraqları endirməyə çağırıb like
  • 11 Sen 16:44  
Dünya Tramp bayraqları endirməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp 2001-ci il sentyabrın 11-də törədilmiş terror

arrow Ətraflı
Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq like
  • 11 Sen 16:42  
Digərləri Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa Şura

arrow Ətraflı
Məcburi köçkünlərə ödənilən aylıq müavinətlə bağlı yayılan məlumat şayiədir like
  • 11 Sen 16:35  
Digərləri Məcburi köçkünlərə ödənilən aylıq müavinətlə bağlı yayılan məlumat şayiədir

Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində məcbu

arrow Ətraflı
Bakıda avtobus dayanacağının yeri dəyişdirildi - Hərəkətə mane olurmuş (FOTO) like
  • 11 Sen 16:34  
Digərləri Bakıda avtobus dayanacağının yeri dəyişdirildi - Hərəkətə mane olurmuş (FOTO)

Nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin y

arrow Ətraflı
Yol Polisi valideynlərə müraciət etdi like
  • 11 Sen 16:30  
Digərləri Yol Polisi valideynlərə müraciət etdi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yeni tədri

arrow Ətraflı
Azərbaycanda yayılan xəyanət hallarının 10 səbəbi like
  • 11 Sen 16:25  
Digərləri Azərbaycanda yayılan xəyanət hallarının 10 səbəbi

Son zamanlar Azərbaycanda boşanmaların artması və səbəblərilə bağlı m

arrow Ətraflı