Rəqəmsal reklam qurğuları Azərbaycanda istehsal olunacaq (FOTO)


Digərləri 11 Sen 2019 17:09:00 240 0

Rəqəmsal reklam qurğuları Azərbaycanda istehsal olunacaq (FOTO)

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) direktoru Aydın İbadovun başçılığı ilə Çinin “Shenzhen GCL Electronics CO LTD” şirkətinin baş meneceri Yan Ven Binin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bakı. Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) direktoru Aydın İbadovun başçılığı ilə Çinin “Shenzhen GCL Electronics CO LTD” şirkətinin baş meneceri Yan Ven Binin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. ADRA-dan Trend-ə verilən məlumata görə, görüşdə rəqəmsal reklam qurğularının Azərbaycanda istehsal sahəsinin yaradılması ilə bağlı ilkin razılıq əldə edilib. Bu məqsədlə şirkət ölkəmizə ilkin mərhələdə 3 milyon dollar dəyərində investisiya yatırmaq niyyətindədir. Ölkəmizdə müvafiq istehsal sahəsinin yaradılması yeni iş yerlərinin açılmasına və ixrac potensialının artırılmasına gətirib çıxaracaqdır. Müəssisənin ilk istehsalı gələn ilə planlaşdırılır. Reklam bazarının dinamik inkişafı fonunda regionda bu tip istehsal sahəsinin olmaması mövcud sahəyə investisiya qoyuluşunu labüd edir.