Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq


Digərləri 11 Sen 2019 16:42:00 44 0

Oqtay Əsədov: Təəssüf ki, bəzən “ikili standartlarla” yanaşmanın şahidi oluruq

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni ilə görüşüb.

Bakı. Elçin Mehdiyev – Sentyabrın 11-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskieni ilə görüşüb. Trend-in məlumatına görə, sədr qonağı salamlayaraq bu səfərin ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəyinə inamını ifadə edib. O.Əsədov bildirib ki, Azərbaycan AŞPA ilə hərtərəfli əlaqələrin dərinləşməsinə böyük önəm verir. Milli Məclisin sədri vurğulayıb ki, 2001-ci ilin yanvarından Avropa Şurasına tamhüquqlu üzv olan Azərbaycan hüquqi, demokratik dövlət quruculuğu prosesində Avropa Şurası və onun qurumlarının dəstəyini hiss etdi: “Qarşılıqlı əməkdaşlıq istiqamətində ötən dövr ərzində xeyli işlər görülüb. Təəssüf ki, bəzən müəyyən anlaşılmazlıq və ermənilərin məqsədlərinə xidmət edən lobbiçilik fəaliyyəti göstərən bir sıra deputatların qərəzli hərəkətləri ucbatından qurumda bir sıra məsələlərə “ikili standartlarla” yanaşmanın şahidi oluruq. Biz inanırıq ki, gələcəkdə belə xoşagəlməz hallar aradan qalxacaq, müzakirə doğura biləcək məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün normal şərait yaranacaqdır”. O.Əsədov əlavə edib ki, ölkəmizdə bütün istiqamətlər üzrə islahatlar uğurla davam etdirilir: “Azərbaycanda Avropa hüquq sisteminin təməl prinsiplərini özündə əks etdirən qanunvericilik bazası formalaşdırılıb. Ölkədə imzalanmış 65 əfv sərəncamına və 11 amnistiya aktına uyğun olaraq 40 min nəfər məhkum cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmışdır. Azərbaycan Prezidentinin cari ilin martında imzaladığı əfv fərmanı 431 nəfərə şamil olunub. Ölkəmizdə etnik və dini tolerantlıq hökm sürməkdədir. Məscidlər, kisələr, sinaqoqlar dinc fəaliyyət göstərir. Biz gələcəkdə də AŞPA, o cümlədən bütün beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndərilməsində maraqlıyıq”. Səmimi qəbul üçün minnətdarlığını bildirən AŞPA prezidenti xanım Lilian Mori Paskie təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrin inkişafında maraqlı olduğunu söyləyib. O bildirib ki, azərbaycanlı deputatlar təşkilatın struktur qurumlarında və keçirilən tədbirlərdə daim fəal iştirak edir, müzakirə olunan məsələlərə öz münasibətlərini bildirir, maraq doğuran əhəmiyyətli təkliflərlə çıxış edirlər. Qonaq AŞPA-nın xətti ilə ölkəmizə səfər edən təşkilat nümayəndələrinə yaradılan şəraitə görə Milli Məclisin rəhbərliyinə öz təşəkkürünü bildirib. Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin başçısı Səməd Seyidov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Məcburi köçkünlərə ödənilən aylıq müavinətlə bağlı yayılan məlumat şayiədir like
  • 11 Sen 16:35  
Digərləri Məcburi köçkünlərə ödənilən aylıq müavinətlə bağlı yayılan məlumat şayiədir

Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində məcbu

arrow Ətraflı
Bakıda avtobus dayanacağının yeri dəyişdirildi - Hərəkətə mane olurmuş (FOTO) like
  • 11 Sen 16:34  
Digərləri Bakıda avtobus dayanacağının yeri dəyişdirildi - Hərəkətə mane olurmuş (FOTO)

Nəqliyyat axınına maneə yaradan daha bir avtobus dayanacaq məntəqəsinin y

arrow Ətraflı
Yol Polisi valideynlərə müraciət etdi like
  • 11 Sen 16:30  
Digərləri Yol Polisi valideynlərə müraciət etdi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yeni tədri

arrow Ətraflı
Azərbaycanda yayılan xəyanət hallarının 10 səbəbi like
  • 11 Sen 16:25  
Digərləri Azərbaycanda yayılan xəyanət hallarının 10 səbəbi

Son zamanlar Azərbaycanda boşanmaların artması və səbəblərilə bağlı m

arrow Ətraflı
Ağdaşda 2 avtomobil yolu yenidən qurulub (FOTO) like
  • 11 Sen 16:24  
Digərləri Ağdaşda 2 avtomobil yolu yenidən qurulub (FOTO)

Sözügedən avtomobil yollarının ümumi uzunluğu 60 km təşkil edir.

arrow Ətraflı
Müğənninin əri toy gecəsi xəstəxanalıq oldu like
  • 11 Sen 16:21  
Digərləri Müğənninin əri toy gecəsi xəstəxanalıq oldu

Ötən gecə türkiyəli müğənni Aylin Coşqun sevgilisi Volkan Aslanla toy e

arrow Ətraflı
Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək like
  • 11 Sen 16:18  
Digərləri Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək

Bakıda keçiriləcək bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı

arrow Ətraflı
Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək like
  • 11 Sen 16:16  
Digərləri Bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı yeni çadırlar gətiriləcək

Bakıda keçiriləcək bal yarmarkası ilə bağlı paytaxta küləyə davamlı

arrow Ətraflı
ABŞda yük təyyarəsi qəzaya uğradı like
  • 11 Sen 16:16  
Dünya ABŞda yük təyyarəsi qəzaya uğradı

ABŞ-ın Ohayo ştatında yük təyyarəsi qəzaya uğrayıb.

arrow Ətraflı
Kübra müəllimi öldürən keçmiş həyat yoldaşı: like
  • 11 Sen 16:05  
Dünya Kübra müəllimi öldürən keçmiş həyat yoldaşı:

Türkiyənin Mersin vilayətində 14 fevral günü keçmiş həyat yoldaşı, m

arrow Ətraflı
XaçmazXudat yolunda qəza: like
  • 11 Sen 16:03  
Digərləri XaçmazXudat yolunda qəza:

Xaçmaz-Xudat yolunda baş verən yol qəzası zamanı 5 nəfər xəsarət alıb

arrow Ətraflı
Bakı DYP ilk dərs günü ilə bağlı valideynlərə müraciət etdi like
  • 11 Sen 16:01  
Digərləri Bakı DYP ilk dərs günü ilə bağlı valideynlərə müraciət etdi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yeni tədri

arrow Ətraflı