Ailədəki şiddətin cəzası qanunla necə tənzimlənir?


Digərləri 11 Sen 2019 15:54:00 32 0

Ailədəki şiddətin cəzası qanunla necə tənzimlənir?

Dünyanın elə yeri yoxdur ki, orada ailə daxili şiddət olmasın. Çox təəssüflər olsun ki, cəmiyyətimizdə də bu hallara rast gəlinir və hərdən bu adi hal kimi qarşılanır. Çox vaxt da böyüklərinin məsləhəti ilə bu gizlədilir, ailədən kənara çıxmır. Son.az xəbər verir ki, ARB TV-nin "Günə Doğru" verilişində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb. Sakin: "Ailədə şiddət olmamalıdır, şiddət olan yerdə hörmət də olmaz". Sakin: "Qadına şiddət göstərmək zəif kişilərin əlamətidir" Əhməd Qəşəmoğlu - Sosioloq: "Azərbaycanda 20%-ə qədər normal ailə var. Yerdə qalan hamısında həmən o şiddət, axırı boşanma ilə qurtarır, daha pis hallar var. Hətta bəzi hallarda sonu ölümlə qurtarır və s. Biz qadınları günahlandıranda kişilərin ayağı yer alır, kişiləri günahlandıranda isə qadınların". Sakin: "Bir dəfə, iki dəfə gizlədilsə olar, amma sonra yoluna qoyulsun. Yoluna qoyulmasa gizlətmək düzgün deyil". Sakin: "Bəzən görürsən ki, qadın evdə olan adi bir narazılığa görə, polisə müraciət edir. Belə olan halda mən həmin kişini qınamazdım". Bəs kişini və yaxud da qadını şiddətə nə vadar edir? Könül Cəfərova - Psixoloq: "Ailələrdə şiddəti nə zaman hiss edirik? Cütlüklər bir-birlərinə qarşı özlərini sübut etməyə çalışarkən. Biz hər zaman deyirik ki, ən çox dinləyən tərəf qalib tərəf sayılır. Amma bizim ailələrdə, ümumiyyətlə, şərqli ailələrində belə bir tendensiya var ki, hər kəs özünün doğru olduğunu qarşı tərəfə sübut etməyə çalışır". Əgər tərəflərdən biri özünün sözü və ya əməlini təsdiq edə bilmirsə, çıxış yolunu əl qaldırmaqda görür. Tahir Əlirzayev - Hüquqşünas: "İnzibati Xətalar Məcəlləsinin 158-ci maddəsinə görə məişət zorakılığı haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə törədilmiş inzibati xətaya görə şəxs 300 manatdan 500 manata qədər cərimə edilir". Əgər şəxsə qarşı yüngül, az ağır, ağır, xüsusilə ağır xəsarət yetirilibsə və yaxud da bu cür əməllər törədilibsə, bu, artıq İnzibatı Xətalar Məcəlləsi ilə yox, Cinayət Məcəlləsi ilə tənzim edilir və Cinayət Məcəlləsinə uyğun olaraq da cəza nəzərdə tutulub". Bəs cəmiyyətimizdə bu cür halları necə aradan qaldıra bilərik? Əhməd Qəşəmoğlu - Sosioloq: "Biz Azərbaycan ailəsinin xilası haqqında danışmalıyıq. Kişi ilə qadın arasında harmoniyanın olmasının yollarını axtarmalıyıq. Biz yeni Azərbaycan ailəsi modelini, elə düşünüb elə hazırlamalıyıq ki, yeni tələblər baxımından ona cavab versin və ailələrdə də şiddət aradan götürülsün. Yoxsa günahı birinin üzərinə yıxmaq, bu təhlükəlidir". Unutmayaq ki, cəmiyyətin gələcəyi məhz ailələrdən asılıdır. Ailədə şiddət görən uşaqlar gələcəkdə heç vaxt normal ailə modeli yarada bilməz. Ona görə də şiddətə yox deyək.

(adsgarden = window.adsgarden || []).push({});
Həkimlərdən Messiyə qadağa like
  • 11 Sen 15:51  
İdman Həkimlərdən Messiyə qadağa

Barcelona-nın kapitanı Lionel Messinin dönüşü

arrow Ətraflı
Meyxanaçı Samirənin Xalq artisti ilə arxiv like
  • 11 Sen 15:49  
Şou-biznes Meyxanaçı Samirənin Xalq artisti ilə arxiv

Meyxanaçı Samirə Yusifqızı sosial şəbəkədə yeni maraqlı paylaşım ed

arrow Ətraflı
"Pəhləvanlar" kafesində qadın alverində təqsirləndirilən dəstənin məhkəməsi başladı like
  • 11 Sen 15:45  
Digərləri "Pəhləvanlar" kafesində qadın alverində təqsirləndirilən dəstənin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində əxlaqsızlıq yuvası təşkil etmə

arrow Ətraflı
ABŞ-da yük təyyarəsi qəzaya uğradı like
  • 11 Sen 15:45  
Digərləri ABŞ-da yük təyyarəsi qəzaya uğradı

ABŞ-ın Ohayo ştatında yük təyyarəsi qəzaya uğrayıb.

arrow Ətraflı
24 yaşlı oğlanı bıçaqlayan şəxs: "İnanmırdım ki, bu xəsarətlə ölər" like
  • 11 Sen 15:40  
Kriminal 24 yaşlı oğlanı bıçaqlayan şəxs: "İnanmırdım ki, bu xəsarətlə ölər"

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda gənc oğlanın ölümün

arrow Ətraflı
Nazirlik şəhidlərin məktəbli övladlarını ziyarət edib (FOTO) like
  • 11 Sen 15:38  
Digərləri Nazirlik şəhidlərin məktəbli övladlarını ziyarət edib (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər” Şə

arrow Ətraflı
"Kiminlə oturduğunuzu göstərəcəm ki, evinizdə qırğın düşsün" like
  • 11 Sen 15:35  
Şou-biznes "Kiminlə oturduğunuzu göstərəcəm ki, evinizdə qırğın düşsün"

Müğənni Xatirə İslam aparıcı Zaur Kamalla videosunu yayıb.

arrow Ətraflı
Arda Turan haqda həbs qərarı verildi - 2 il 8 ay like
  • 11 Sen 15:31  
Digərləri Arda Turan haqda həbs qərarı verildi - 2 il 8 ay

Ötən ilin oktyabr ayında müğənni Berkay Şahinlə dalaşan "Başakşəhər

arrow Ətraflı
İkardinin napoliyə keçidi niyə baş tutmayıb? like
  • 11 Sen 15:29  
İdman İkardinin napoliyə keçidi niyə baş tutmayıb?

Napoli-nin prezidenti Aurelio De Laurentis argetinalı hüc

arrow Ətraflı
Tanınmış azərbaycanlı müğənni VƏFAT ETDİ like
  • 11 Sen 15:29  
Şou-biznes Tanınmış azərbaycanlı müğənni VƏFAT ETDİ

Bəstəkar-müğənni Behbud Kərimov vəfat edib.

arrow Ətraflı
Bu il satışa çıxarılan bal qablarının üzərində ştrixkod olacaq like
  • 11 Sen 15:17  
Digərləri Bu il satışa çıxarılan bal qablarının üzərində ştrixkod olacaq

Bu il ilk dəfə olaraq bal yarmarkasında müştərilər onlayn vasitə ilə m

arrow Ətraflı
“O, təmənnasız sevir...” like
  • 11 Sen 15:13  
Şou-biznes “O, təmənnasız sevir...”

Müğənni Günay İbrahimli anasına sosial şəbəkə hesabından təbrik ünv

arrow Ətraflı