ABŞda yük təyyarəsi qəzaya uğradı


Dünya 11 Sen 2019 16:16:00 229 0

ABŞda yük təyyarəsi qəzaya uğradı

ABŞ-ın Ohayo ştatında yük təyyarəsi qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, təyyarə Tolido hava limanı yaxınlığında yerə düşdükdən sonra yanmağa başlayıb.

Qəzaya uğrayan təyyarədə iki nəfər olub, onların taleyi məlum deyil.

Hazırda pilotların axtarışları aparılır. Qeyd olunur ki, təyyarə avtomobil ehtiyat hissələri aparırdı.