İkardinin napoliyə keçidi niyə baş tutmayıb?


İdman 11 Sen 2019 15:29:00 218 0

İkardinin napoliyə keçidi niyə baş tutmayıb?

Napoli-nin prezidenti Aurelio De Laurentis argetinalı hücumçu Mauro İkardinin transferinin baş tutmamasının səbəbini açıqlayıb.

Klub rəhbəri bu keçid üçün həm İnter-ə, həm də oyunçunun özünə sərfəli təklif göndərdiyini bildirib.

Ancaq o, PSG-ni üstün tutduğu üçün İkardini qınamayıb: "Mən İnter-ə 60 milyon avro və 5 milyon bonus, futbolçunun özünə isə illik 12 milyon avroluq maaş təklif etmişdim. Amma İkardi axmaq deyil. Bəlkə də, PSG-ni Napoli-dən üstün tutmağın karyerasında yeni səhifə açmaq baxımından asan olacağını düşündü. Bu, onun üçün ən yaxşı seçim idi".

Qeyd edək ki, PSG İkardinin birillik icarəyə götürüb. (matc.az)