Məşhur şouda yeni aparıcı


Digərləri 11 Sen 2019 15:04:00 324 0

Məşhur şouda yeni aparıcı

Ötən gündən etibarən seçim turlarına start verilən "Səs Azərbaycan"ı aparan şəxsin adı məlum olub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, tezliklə yayıma başlayacaq məşhur şounu Leyla Əliyeva aparacaq. Münsiflərin kimliyi isə, hələ ki, mətbuata açıqlanmayıb. 

Qeyd edək ki, Azərbaycanda ilk dəfə "Səs" yarışması 2015-ci ildə AzTV-nin efirində yayımlanıb. Qalib Emiliya Yaqubova olub.

Münsiflər Xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, Əməkdar artistlər Manana Caparidze və Tünzalə Ağayeva olub. 

(adsgarden = window.adsgarden || []).push({});