“O, təmənnasız sevir...”


Şou-biznes 11 Sen 2019 15:13:00 266 0

“O, təmənnasız sevir...”

Müğənni Günay İbrahimli anasına sosial şəbəkə hesabından təbrik ünvanlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi 50 yaşı tamam olan İlhamə Hüseynovaya ürək sözlərini belə dilə gətirib:

"O, günün bütün saatlarında sizi təmənnasız sevir... Sizin üçün hər kəsə, hər şeyə sinə gərir. Bəlkə də kiçik bir təbəssümünüz üçün nələrdən keçir... Bu, anadır.

Bu gün isə o qadınlardan biri - əziz anamın 50-ci yaşı tamam olur. Hər zaman ona layiq övlad olmağa çalışmışam. Nə qədərini bacarmışam, bilmirəm. Lakin bildiyim tək şey onu ömür boyu yanımda görmək istəməyimdir. Ad günün mübarək, cənnətə layiq olanım".