Azərbaycan və Sverdlovsk vilayəti maşınqayırma sahəsində birgə müəssisənin yaradılmasını müzakirə edir


Digərləri 11 Sen 2019 15:16:34 190 0

Azərbaycan və Sverdlovsk vilayəti maşınqayırma sahəsində birgə müəssisənin yaradılmasını müzakirə edir

Azərbaycan və Rusiyanın Sverdlovsk vilayəti arasında qaldırıcı kran istehsalı üzrə birgə müəssisənin yaradılması üzrə danışıqlar aparılır

Bakı. Kəmalə Məmmədli - Azərbaycan və Rusiyanın Sverdlovsk vilayəti arasında qaldırıcı kran istehsalı üzrə birgə müəssisənin yaradılması üzrə danışıqlar aparılır. Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, Sverdlovsk vilayəti maşınqayırma sahəsində böyük potensiala malikdir: “Birgə müəssisənin Kalinin adına maşınqayırma zavodu ilə birgə yaradılması planlaşdırılır. Azərbaycanın aparıcı müəssisələri bu məsələyə maraq göstərir. Ümid edirəm ki, danışıqlar bu məsələdə irəliləyişə gətirib çıxaracaq”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin