İsveçrənin 30 aparıcı biznesmeni Azərbaycana gəlir


Digərləri 11 Sen 2019 14:09:00 36 0

İsveçrənin 30 aparıcı biznesmeni Azərbaycana gəlir

Azərbaycanın İsveçrədəki Səfirliyi və bu ölkənin Ticarət və Sənaye Palatası İsveçrədə biznes forum təşkil edib.

Son.az xəbər verir ki, tədbirə qatılan 85 isveçrəli biznesmen energetika, kənd təsərrüfatı, tikinti, turizm, İKT, səhiyyə, qida sənayesi və sair sahələri təmsil edirdilər. 

Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova biznes forumda ölkəmizdə mövcud olan biznes mühiti və sərmayə imkanları haqqında təfərrüatlı təqdimatla çıxış etmiş, İsveçrə iş adamlarını Azərbaycanda yaradılmış əlverişli işgüzar şəraitdən yararlanaraq müxtəlif sahələrə investisiya yatırmağa dəvət etmişdir. Həmin təqdimatdan sonra cari ilin oktyabrında Qərbi İsveçrənin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri dəqiqləşmiş və bu səfərdə iştirak edəcək 30 şirkət aydınlaşmışdır.

X.İbrahimova təqdimatında Azərbaycan-İsveçrə siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadi-ticarət əməkdaşlığının inkişaf etdiyini vurğulayıb. Bu kontekstdə xüsusilə iki ölkənin prezidentlərinin Dünya İqtisadi Forumunun Davos İllik Görüşü çərçivəsindəki görüşü qeyd edilib, Azərbaycan və İsveçrə arasında yüksək səviyyəli siyasi dialoqun qarşılıqlı əməkdaşlığın müxtəlif sahələrində inkişaf üçün bünövrə rolu oynadığı vurğulanıb. Eyni zamanda, bildirilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin builki Davos səfəri zamanı ölkəmiz ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoymuş, Azərbaycan Hökuməti və Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi (WEF Fourth Industrial Revolution Center) arasında ilk dəfə olaraq əməkdaşlıq haqqında saziş imzalanmışdır. Bundan əlavə, ötən il ərzində İsveçrənin İqtisadiyyat nazirinin başçılıq etdiyi geniş nümayəndə heyətinin Azərbaycana səfər etdiyi və səfər çərçivəsində Sumqayıt şəhərində İsveçrə sərmayəsi hesabına tikilmiş zavodun açılışının baş tutduğu qeyd edilib. Eyni zamanda, ötən il İsveçrə Təhsil nazirinin ilk dəfə Bakıya səfərinin təşkil edildiyi və bu səfər çərçivəsində iki ölkənin Təhsil nazirlikləri arasında birgə bəyanatın imzalandığı diqqətə çatdırılıb. Həmçinin bu il Bakı və Cenevrə şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması və iki ölkənin turizm agentlikləri arasında əməkdaşlıq sazişinin imzalanmasından sonra qarşılıqlı olaraq turist səfərlərində artımın müşahidə olunduğu bildirilib. İki ölkənin Xarici İşlər nazirlikləri arasında yüksək səviyyəli siyasi məsləhətləşmələrin aparılması, Azərbaycandan İsveçrəyə ixrac və idxal missiyasının təşkil olunması, İsveçrə şirkətlərinin ölkəmizə investisiya qoymasının təşviq edilməsi məqsədilə il ərzində İsveçrədə bir neçə biznes forum və dəyirmi masanın keçirilməsi, İsveçrə kantonlarının prezidentləri ilə sıx əlaqələrin qurulması barədə məlumat verilib. Səfir Azərbaycanın Dünya Bankının "Doing Business 2019" hesabatında ilk 10 islahatçı ölkədən biri kimi adının çəkilməsini, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi regional layihələri və İsveçrə şirkətləri üçün yaranan biznes perspektivlərini qeyd edib, eləcə də əlverişli geostrateji mövqeyə malik olan ölkəmizdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, respublikamızın tranzit potensialının reallaşdırılması, nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində görülmüş işlər barədə məlumat verib. Cari il iyunun 28-də Azərbaycan və İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyasının Bern şəhərində iclasının keçirilməsi və iclas çərçivəsində, həmçinin Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İsveçrənin Kiçik və Orta Miqyaslı Müəssisələr Cəmiyyəti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Turqau Kantonunun Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında memorandumlarının imzalanması faktları da biznes dairələrinin diqqətinə çatdırılmışdır. 

Təcrübə keçən tələbələrlə bağlı TƏKLİF səsləndirildi like
  • 11 Sen 14:06  
Digərləri Təcrübə keçən tələbələrlə bağlı TƏKLİF səsləndirildi

Bakı məktəblərinin pedaqoji təcrübə imkanları nəzərdən keçirməklə

arrow Ətraflı
"Expressbank" aşağı faizlərlə 25 000 AZN-dək nağd pul krediti təklif edir like
  • 11 Sen 14:00  
Digərləri "Expressbank" aşağı faizlərlə 25 000 AZN-dək nağd pul krediti təklif edir

"Expressbank" aşağı faizlərlə 25 000 AZN-dək nağd pul krediti təklif edi

arrow Ətraflı
Türkiyədə başına 300 min qoyulan terrorçu zərərsizləşdirildi like
  • 11 Sen 14:00  
Dünya Türkiyədə başına 300 min qoyulan terrorçu zərərsizləşdirildi

Türkiyənin Daxili İşlər Nazirliyi Ağrı rayonunda təşkil edilən əməli

arrow Ətraflı
"Heç vaxt kişiyə diqqət ayırmayın" like
  • 11 Sen 13:46  
Şou-biznes "Heç vaxt kişiyə diqqət ayırmayın"

Rəqqasə Oksana Rəsulova sosial şəbəkədə kişilərlə bağlı paylaşım

arrow Ətraflı
Doğma stadionda yubiley qələbəsi like
  • 11 Sen 13:44  
İdman Doğma stadionda yubiley qələbəsi

Avropa çempionatının seçmə mərhələsində Andorranı qəbul e

arrow Ətraflı
Nazir məktəblərdəki nöqsanlardan danışdı like
  • 11 Sen 13:39  
Digərləri Nazir məktəblərdəki nöqsanlardan danışdı

Bəzi məktəblərdə arxayınlıq var ki, şagirdlər əlavə hazırlıq hesab

arrow Ətraflı
Azərbaycan Rusiyada logistika mərkəzi açacaq like
  • 11 Sen 13:38  
Digərləri Azərbaycan Rusiyada logistika mərkəzi açacaq

Hazırda Yekaterinburq yaxınlığında Azərbaycan logistika mərkəzinin açı

arrow Ətraflı
"Nu poqodi"dəki canavarın adı "Zayesdir" like
  • 11 Sen 13:37  
Şou-biznes "Nu poqodi"dəki canavarın adı "Zayesdir"

Müğənni Şəbnəm Tovuzlu yenə açıqlaması ilə gündəmə gəlib.

arrow Ətraflı
Azərbaycanın hava limanlarında sərnişin dövriyyəsi 3,8 milyon nəfər təşkil edib like
  • 11 Sen 13:33  
Digərləri Azərbaycanın hava limanlarında sərnişin dövriyyəsi 3,8 milyon nəfər təşkil edib

2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın beynəlxalq hava lim

arrow Ətraflı