“Nargis” komandasının "Make the Earth Smile" resaykling sərgisinin rəsmi açılışı olub FOTO


Digərləri 11 Sen 2019 13:58:23 51 0

“Nargis” komandasının "Make the Earth Smile" resaykling sərgisinin rəsmi açılışı olub  FOTO

Sentyabrın 9-da Dənizkənarı Milli parkda "Nargis" komandasının "Make the Earth Smile" resaykling sərgisinin rəsmi açılışı olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Nargis" Nəşriyyat Evi ətraf mühitin qorunması probleminə həsr edilmiş sərgi təşkil edib. Layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalat tullantılarından qurulmuş 13 instalyasiya təqdim edib. Sərgi "Nargis" jurnalının "Ekologiya" mövzusuna həsr olunmuş 63-cü sayı ilə eyni vaxta təsadüf edib. Jurnal, üz qabığında - IDEA-nın təsisçisi Leyla Əliyevanın fotosu ilə nəşr edilib.

"Nargis" komandası - ətraf mühitə laqeyd olmayan insanlardır. "Nargis" ekoloji brendləri dəstəkləyir, təbii sərvətlərə qənaət edir, eyni zamanda, geniş oxucu kütləsi qazanmış bir nəşr olaraq, hər birimizin Ana-Yer kürəsinin qorunmasını təşviq və təbliğ etməkdə öz məsuliyyətini hiss edir.

"Make the Earth Smile" adlı ekoloji layihə - insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadan ibarətdir. Layihənin məqsədi - gənc nəsli müsbət nəticələrlə yekunlanan yeni həyat tərzinə alışdırmaqdır. Sərgidə ətraf mühitə kömək etmək üçün hər birimizə tövsiyə olunan 13 faydalı vərdiş təsvir edilmiş "Nargis" kitabçaları paylanıb. 13 rəqəmi təsadüfən seçilməyib - 13 dekabrda "Nargis" jurnalı öz ad gününü qeyd edir.

Rəşad Ələkbərov, Orxan Hüseynov, Kənan Əliyev, Sabit Zamanov, Teymur Qəribov, Fərid Rəsulov, Nurəli Şahbazov, Nazim Şükürov öz instalyasiyalarını onlara tərəfdaşlıq edən Aquavita, Ay Qonşu, AzərEnerji, Azersun, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO), Baku Steel Company, Caspian Drilling Company Ltd, Coca-Cola, Dr. Cahid Şahbazov, Gilan Holding, "Nargis" Publishing House və Veysəloğlu Şirkətlər Qrupu ilə birgə yaradıblar.

Açılışa Leyla Əliyeva, "Nargis"in tərəfdaşları və dostları, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr, nazirliklərdən nümayəndələr, sənətkarlar və qalereya sahibləri də daxil olmaqla 150-yə yaxın insan gəlib. Sərgini ziyarət edən Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov təhsil sistemi çərçivəsində "Nargis" Nəşriyyat evi ilə gələcək əməkdaşlıq üçün ekoloji layihə təklif edib. Daha sonra başda Ülviyyə Mahmudova olmaqla "Nargis" nəşriyyat evinin komandası bulvarda zeytun ağacı əkib.

"Heç vaxt kişiyə diqqət ayırmayın" like
  • 11 Sen 13:46  
Şou-biznes "Heç vaxt kişiyə diqqət ayırmayın"

Rəqqasə Oksana Rəsulova sosial şəbəkədə kişilərlə bağlı paylaşım

arrow Ətraflı
Doğma stadionda yubiley qələbəsi like
  • 11 Sen 13:44  
İdman Doğma stadionda yubiley qələbəsi

Avropa çempionatının seçmə mərhələsində Andorranı qəbul e

arrow Ətraflı
Nazir məktəblərdəki nöqsanlardan danışdı like
  • 11 Sen 13:39  
Digərləri Nazir məktəblərdəki nöqsanlardan danışdı

Bəzi məktəblərdə arxayınlıq var ki, şagirdlər əlavə hazırlıq hesab

arrow Ətraflı
Azərbaycan Rusiyada logistika mərkəzi açacaq like
  • 11 Sen 13:38  
Digərləri Azərbaycan Rusiyada logistika mərkəzi açacaq

Hazırda Yekaterinburq yaxınlığında Azərbaycan logistika mərkəzinin açı

arrow Ətraflı
"Nu poqodi"dəki canavarın adı "Zayesdir" like
  • 11 Sen 13:37  
Şou-biznes "Nu poqodi"dəki canavarın adı "Zayesdir"

Müğənni Şəbnəm Tovuzlu yenə açıqlaması ilə gündəmə gəlib.

arrow Ətraflı
Azərbaycanın hava limanlarında sərnişin dövriyyəsi 3,8 milyon nəfər təşkil edib like
  • 11 Sen 13:33  
Digərləri Azərbaycanın hava limanlarında sərnişin dövriyyəsi 3,8 milyon nəfər təşkil edib

2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın beynəlxalq hava lim

arrow Ətraflı
Prezident İlham Əliyev Rusiyanın Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib like
  • 11 Sen 13:30  
Digərləri Prezident İlham Əliyev Rusiyanın Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Rusiy

arrow Ətraflı
Prezident İlham Əliyev Rusiyanın Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib  FOTO like
  • 11 Sen 13:30  
Siyasət Prezident İlham Əliyev Rusiyanın Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib FOTO

Son.az AZƏRTAC -a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pr

arrow Ətraflı
Siyasi partiyalar, media və vətəndaş cəmiyyətlərinin nümayəndələri like
  • 11 Sen 13:29  
Siyasət Siyasi partiyalar, media və vətəndaş cəmiyyətlərinin nümayəndələri

Bakıda hakim Yeni Azərbaycan Partiyası və digər siyasi partiyaların, media

arrow Ətraflı