Dubl etdi, yığmanın tarixinə düşdü
İdman 11 Sen 2019 13:00:00 343 0
AVRO-2020-nin seçmə mərhələsində Kosovo ilə keçirilən oyun İngiltərə yığmasının yarımmüdafiəçisi Ceydon Sanço üçün əlamətdar olub.
Goal.az xəbər verir ki, komandasının 5:3 hesablı qələbə qazandığı matçda dubl edən Sanço bununla yığmasının tarixinə düşüb. Dortmund Borussia-sının üzvü 2000-ci ildə və daha sonra anadan olanlar arasında İngiltərə millisinin heyətində qol vuran ilk futbolçu olub.
Qeyd edək ki, A qrupuna 12 xalla İngiltərə yığması başçılıq edir.
Mənbə: goal.az