Azərbaycan Rusiyada logistika mərkəzi açacaq


Digərləri 11 Sen 2019 13:26:00 399 0

Azərbaycan Rusiyada logistika mərkəzi açacaq

Hazırda Yekaterinburq yaxınlığında Azərbaycan logistika mərkəzinin açılması ilə bağlı danışıqlar davam edir

Bakı. Kəmalə Məmmədli - Hazırda Yekaterinburq yaxınlığında Azərbaycan logistika mərkəzinin açılması ilə bağlı danışıqlar davam edir. Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib. O bildirib ki, mərkəz Azərbaycanda istehsal olunan meyvə və tərəvəzin saxlanması üçün yaradılır: “Sentyabrın 12-də keçiriləcək biznes-forum zamanı Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları Assosiasiyası ilə Sverdlovsk vilayətinin müvafiq təşkilatları arasında memorandum imzalanacaq”.