"Şəfəq-Asiman" blokunda kəşfiyyat quyusu üçün ətraf mühitə təsir qiymətləndirməsi oktyabrda aparılacaq


Digərləri 11 Sen 2019 13:19:36 305 0

"Şəfəq-Asiman" blokunda kəşfiyyat quyusu üçün ətraf mühitə təsir qiymətləndirməsi oktyabrda aparılacaq

Azərbaycan hökuməti oktyabr ayında “Şəfəq-Asiman” dəniz blokunda kəşfiyyat quyusunun qazılması ilə bağlı ətraf mühitə təsir qiymətləndirməsi aparacaq

Bakı. Sara İsrafilbəyova - Azərbaycan hökuməti oktyabr ayında “Şəfəq-Asiman” dəniz blokunda kəşfiyyat quyusunun qazılması ilə bağlı ətraf mühitə təsir qiymətləndirməsi aparacaq. Trend-in məlumatına görə, bunu “BP Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı qiymətləndirmənin təqdimat mərasimində deyib. Onun sözlərinə görə, sənəd təsdiqləndikdən sonra 2019-cu ilin sonunda SAX01 kəşfiyyat quyusunun qazılmasına başlanacaq. Quyunun yeri seysmik kəşfiyyatın nəticələri əsasında müəyyən edilib.