28 ildir SSRİ pasportu ilə Türkiyədə yaşayır


Digərləri 11 Sen 2019 13:10:00 313 0

28 ildir SSRİ pasportu ilə Türkiyədə yaşayır

1961-ci il təvəllüdlü ukraynalı qadın Aleksandra Dravetskaya 28 ildir ki, SSRİ pasportu ilə Türkiyədə yaşayır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 90-cı illərdə SSRİ-nin dağılması ərəfəsində Aleksandra qeyri-leqal şəkildə Türkiyədə yaşayırmış. O, gəmi ticarəti ilə məşğul olaraq, malları İstanbuldan Kiyevə daşıyıb. 90-cı illərin ortalarında Dravetskaya İstanbuldakı Ukrayna konsulluğuna pasport üçün müraciət etsə də, ona bildirilib ki, sənədləri dövlət arxivində yoxdur. Aleksandra bu səbəbdən SSRİ pasportu ilə yaşamağa davam edib.

O, hətta türk vətəndaşla ailə qurub. Dravetskaya artıq Ukrayna pasportu deyil, Türkiyə qeydiyyatına düşmək üçün yaşadığı ölkənin şəxsiyyət vəsiqəsini almaq istəyir.

(adsgarden = window.adsgarden || []).push({});