"Pİtbull" ləqəbli oğru HAKİM QARŞISINDA FOTO


Kriminal 11 Sen 2019 12:02:00 251 0

"Pİtbull" ləqəbli oğru HAKİM QARŞISINDA  FOTO

Bakıda silsilə oğurluqlar törətməkdə təqsirləndirilən Pərviz İlyasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası sentyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, paytaxt ərazisində silsilə oğurluqlar edən P.İlyasov iyun ayında Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa cəlb edilib.