Nazir: "6 rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb"


Digərləri 11 Sen 2019 12:05:00 251 0

Nazir: "6 rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb"

Müşahidələrimiz onu göstərir ki, bəzi hallarda qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqini tapıb.

C.Bayramov əlavə edib ki, bu il ərzində işlərinə yol verdikləri nöqsanlarına görə 6 rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, 10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və 3 nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbəri barəsində işlərində verdiyi nöqsana görə intizam tədbirləri tədbiq edilib.

Bununla yanaşı, 8 nəfər məktəb direktoru, 6 nəfər direktor müavininin əmək müqaviləsinə xitam verilib, 29 nəfər direktor və 37 nəfər direktor müavini barəsində intizam tədbirləri tədbiq edilib.