Ronaldo tarixin ən bahalı müqaviləsini imzalayıb


İdman 11 Sen 2019 11:46:00 302 0

Ronaldo tarixin ən bahalı müqaviləsini imzalayıb

Juventus-un ulduzu Kriştiano Ronaldonun "Nike" ilə imzaladığı yeni sponsorluq müqaviləsinin detalları açıqlanıb.

Goal.Az "Football Leaks"a istinadən xəbər verir ki, "Instagram", "Facebook" və "Twitter"də 270 milyon izləyicisi olan portuqaliyalı futbolçu 6 illik müqavilə qarşılığında 162 milyon avro birdəfəlik ödəməyə sahib çıxıb.

Bundan başqa Ronaldo "Qızıl top"u qazansa 4, Juventus Çempionlar Liqasının qalibi olsa 5, özü turnirin bombardiri ola bilsə 1 milyon avro mükafat alacaq. Bu və digər bonuslarla onun 6 illik qazancı 200 milyon avroya yüksələcək. Bu isə tarixin ən bahalı sponsorluq müqaviləsidir.

Qeyd edək ki, 11 sponsoru olan Ronaldo 20 fərqli məhsulun reklamlarında rol alır. 5 dəfə Çempionlar Liqasını və 5 dəfə "Qızıl top"u qazanan futbolçunun bir "Instagram" paylaşımının qiyməti 1 milyon dollara yaxındır.