Avqustda Azərbaycana ən çox turist bu ölkədən gəlib


Digərləri 11 Sen 2019 12:29:59 243 0

Avqustda Azərbaycana ən çox turist bu ölkədən gəlib

Avqust ayında Azərbaycana 361 min əcnəbi qonaq gəlib.

Bakı. Ceyhun Ələkbərov - Avqust ayında Azərbaycana 361 min əcnəbi qonaq gəlib. Trend-in məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyi bildirib. Qeyd olunub ki, bu, ötən ilin avqustuna nisbətən 42 min və ya 13.2% artım deməkdir: "Səyahət edənlərin ən böyük qismini 9.3% artım və ya 111 min nəfərlə Rusiyadan gələnlər təşkil edib. Ən böyük artım 82.2% və ya 17 min nəfərlə İrandan gələnlər (37 min) arasında müşahidə olunub. Yüksək artım, həmçinin Gürcüstan vətəndaşları üçün də xarakterikdir. Belə ki, avqust ayında Gürcüstandan gələnləri sayı 68 minə çatıb ki, bu da keçən ilə nisbətdə 11 min və ya 20% artım deməkdir. Türkiyə, Mərkəzi Asiya və Cənubi Asiyadan gələn qonaqların sayı müvafiq olaraq 13%, 50% və 11.2% artaraq 27 min, 14 min və 11 minə çatıb". Əlavə olunub ki, Yaxın Şərq bölgəsindəki ən böyük bazar yenə Səudiyyə Ərəbistanıdır. Buradan gələnlərin sayı 18.3% artaraq 22.6 minə çatıb: