Əli Əhmədov: O insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəli, həm də yolverilməzdir


Digərləri 11 Sen 2019 12:04:00 200 0

Əli Əhmədov: O insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəli, həm də yolverilməzdir

O insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəli, həm də yolverilməzdir

Bakı. Elçin Mehdiyev – Təəssüf ki Azərbaycanda xaricdə fəaliyyət göstərərək, siyasi proseslərdə yaxında iştirak etmək cəhdlərində olan şəxslər peyda olub. Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Bakıda siyasi partiya nümayəndələrinin iştirakı keçirilən "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda "dəyirmi masa"da deyib. Ə.Əhmədov bildirib ki, həmin şəxslər xaricdən sığınacaq almaqla Azərbaycan vətəndaşlığından imtina etməyə bərabər addım atıblar: “İkincisi, xaricdə sığınacaq aldığına görə çox məhdud dövlət yardımı ilə yaşayan insanların geniş siyasi fəaliyyət göstərmək, təbliğat maşını yaratmaq, onu idarə etmək kimi imkanları yoxdur. Deməli, bunlar istəsələr də, istəməsələr də bu fəaliyyəti göstərmək üçün, hər hansı bir kənar maliyyə dəstəyinə ehtiyac duyurlar və bu dəstəyi almaq üçün ayrı-ayrı maraqlı qüvvələrin təsiri altına düşməyə məhkumdurlar. Digər tərəfdən onlar bu məsələdə maraqlı olan xüsusi xidmət orqanları üçün tamamilə açıq olurlar, ardıcıl olaraq xarici xüsusi xidmət orqanları tərəfindın asanlıqla ələ alına bilən, yönəldilə bilən bir qrupa çevrilirlər. Bu mənada o insanların Azərbaycan siyasətinə təsir etmək cəhdləri həm təhlükəli, həm də yolverilməzdir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin