Brüyne yeni rekorda imza atdı


İdman 11 Sen 2019 11:20:00 298 0

Brüyne yeni rekorda imza atdı

Belçika millisinin üzvü Kevin de Brüyne yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, Manchester City-nin yarımmüdafiəçisi Avro-2020-nin seçmə mərhələsində Şotlandiya yığması oyunda 3 məhsuldar ötürmə və 1 qolla yadda qalıb.

Brüyne Belçika milli komandası tarixində seçmə mərhələlərdə bir oyunda 3 qol ötürməsi edən yeganə futbolçu olub.

Xatırladaq ki, matç Belçika yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.