Ağır qəzada 3 nəfər diridiri yandı


Dünya 11 Sen 2019 11:48:00 197 0

Ağır qəzada 3 nəfər diridiri yandı

İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində Yasuc-Çinarestan yolunda ağır avtomobil qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Kohgiluyə və Buyir-Əhməd vilayətinin təcili yardım idarəsinin rəhbəri Möhsün Cəlil deyib.

M.Cəlilin sözlərinə görə, "Peugeot 206" avtomobilinin "Pride" markalı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobildə 3 nəfər yanaraq həlak olub.

İdarə rəsmisi əlavə edib ki, həmin avtomobilin 1 sərnişini, digər avtomobilin isə 2 sərnişini xəstəxanaya çatdırılıb.