Özünüməşğulluq proqramı üzrə yeni peşəkar təlimçilərin hazırlanmasına başlanıb (FOTO)


Digərləri 11 Sen 2019 11:42:08 203 0

Özünüməşğulluq proqramı üzrə yeni peşəkar 
təlimçilərin hazırlanmasına başlanıb (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə növbəti “Təlimçilərin Təlimi” proqramına başlayıb.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə növbəti “Təlimçilərin Təlimi” proqramına başlayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi təlimçilərə olan tələbatı da artırıb və bununla əlaqədar növbəti proqram yeni peşəkar təlimçilərin hazırlanmasına xidmət edir. Proqram çərçivəsində ilk təlim Gəncə şəhərinin Kəpəz rayon Məşğulluq Mərkəzində təşkil olunub. BƏT-in “Öz Biznesinə Başla və Təkmilləşdir” adlı proqramı əsasında keçirilən təlimdə Gəncə şəhəri də daxil olmaqla 13 şəhər və rayondan olan təlimçilər iştirak edir. Onlara BƏT-in baş təlimçisi tərəfindən təlimçilik bacarıqları və biznes planın hazırlanması metodikası tədris olunur. Növbəti həftədən etibarən təlimçilərin təlimi proqramı digər şəhər və rayonlarda da davam etdiriləcək.