Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə


Digərləri 11 Sen 2019 11:19:00 314 0

Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə

Tanınmış azərbaycanlı şairə Adilə Nəzər şəhidimiz, Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə şeir ithaf edib.

Son.az şeiri təqdim edir.

(Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə)

O zaman ki, vətənin başından əsdi yellər,

Anaların gözündə coşub-çağladı sellər.

Oğullar vətən üçün alov-alov yandılar,

Könüllü dəstələrlə cəbhəyə yollandılar.

Getdilər qorumağa doğma torpağı-yurdu,

Əlin beş barmağıydı- beynəlmiləl bir ordu.

Bu torpaqda yaşayan başqa millətlər belə,

Elin ağır günündə dayaq durdular elə.

Vardı həmin sırada Albert Aqarunov da,

Vermişdi qərarını igid o qovha-qovda.

Gözlərimin önünə qəhrəman Həzi gəldi,

Bu dəmdə elə bil ki, dolaşıb ərzi, gəldi.

Ona uğur dilədi bu yurdun hər qalası,

Atlandı öz tankına o yəhudi balası.

Dedi, mənim anamdı günəşli Azərbaycan,

Ona qurbandır bu baş, ona qurbandır bu can.