Elmə məlum olmayan canlılar tapıldı


Digərləri 11 Sen 2019 11:21:00 244 0

Elmə məlum olmayan canlılar tapıldı

Toronto Universitetinin alimləri Kanadada Kiddın mədəninin sularında yaşayan birhüceyrəli mikroorqanizmləri aşkar ediblər.

Son.az ölkə.az-a istinadən bildirir ki, onlar suyun ətraf cinslərlə qarşılıqlı təsirindən yaranan kimyəvi maddələrin udulması ilə yaşayırlar. Kəşf həyatın yer üzündə necə meydana gəldiyini və digər planetlərdə şərtlərə tab gətirə biləcəyini öyrənməyə kömək edəcəkdir. 

Bu barədə "The Independent" nəşri məlumat verib.   Tədqiqatçılar piritin (dəmir disulfidinin) günəş işığı və oksigen olmadığı təqdirdə orqanizmlərin həyat fəaliyyətini dəstəkləyə biləcəyini tapıblar. Bu, bakteriyaların təcrid olunmuş yeraltı ehtiyat qatlarında yaşaya biləcəyini bildirir.    Məlumdur ki, Yer səthinin dərinliklərində birhüceyrəli canlılar yaşayır. Yeraltı mikroorqanizmlər üçün mövcud olan enerji miqdarının az olması səbəbindən onların maddələr mübadiləsi çox yavaşdı. Nəticədə, onlar minlərlə ildir heç bir dəyişiklik etmədən yaşaya bilirlər.    Alimlər açıq mikroblar və digər yeraltı birhüceyrəli mikroblar arasında qohumluq əlaqələrinin olub-olmadığını müəyyən etmək üçün DNT analizini aparacaqlar.

(adsgarden = window.adsgarden || []).push({});