Bakıda hakim pensiyası üçün məhkəməyə üz tutdu


Digərləri 11 Sen 2019 11:16:00 241 0

Bakıda hakim pensiyası üçün məhkəməyə üz tutdu

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev ona təyin edilən pensiyanın məbləği ilə razılaşmayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, pensiya məbləğinin artırılmasını tələb edən hakim bu səbəbdən öz həmkarlarına üz tutub. 58 yaşlı S.Hacıyev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Hakim Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinin qərarından şikayət edib və şöbəni cavabdeh kimi işə cəlb edib. S.Hacıyevin şikayətinə hakim Miminat Hacıbəyova baxacaq. Hələ ki, məhkəmənin ilı iclası təyin edilməyib.