Super Liqa klubunun skautları Mahir Emrelinin oyununu izləyiblər


İdman 11 Sen 2019 10:28:00 313 0

Super Liqa klubunun skautları Mahir Emrelinin oyununu izləyiblər

Futbol üzrə Azərbaycan millisinin Bakıda Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçə etdiyi AVRO-2020-nin seçmə oyununu Türkiyənin Trabzonspor klubunun skautları da izləyiblər.

Goal.az-ın “Fotospor”a istinadən verdiyi məlumata görə, Qara dəniz təmsilçisinin nümayəndləri yığmanın və Qarabağ-ın hücumçusu Mahir Emrelini bəyəniblər.

Bildirilir ki, Trabzonspor-un skautları gələcəyə yatırım məqsədi ilə baş məşqçi Ünal Karamanın təlimatına əsasən oyunçu axtarırlar.

Qeyd edək ki, Türkiyə mətbuatında daha öncə də Trabzonspor-un Mahir Emreli ilə maraqlandığı yazılıb. Report